Cənabətli oruc tutmaq

Cənabətli oruc tutmaq


Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər ﷺ yoldaşı ilə yaxınlıq eder və cənabətli olduğu halda sabahlayar, bundan sonra qüsl alıb orucunu tutardı.

Buxari, 1926 ; Muslim, 1109

Şərh:

Bu hədis oruclu kişinin və ya qadının qüsl almağı fəcrə qədər gecikdirməyinin icazəli olmasına dəlildir. Bunu etmək ona icazəlidir. Bu hədis Muslimin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi "Kim cənabətli olduğu halda sabahlayarsa, onun orucu yoxdur"- hədisinin hökmünü nəsx etmişdir (ləğv etmişdir).

Bu hədisdəki digər fayda isə şəriətin məsləhəti (xeyiri) üçün evin sirlərini açmaqdan başqa yol yoxdursa, bu sirləri açmağın icazəli olmasıdır.