Məcmu Raiq kitabından faydalar.

Məcmu Raiq kitabından faydalar.

Alləmə, mühəddis Cərh və Təadil bayraqdarı Şeyx Rabi Mədxalinin « Məcmu Raiq » kitabından faydalar


Şeyx 1931-ci ildə Cəzən bölgəsində anadan olmuş, 2025 ci ildə Mədinədə vəfat etmişdir.


Alləmə şeyx Rabi Əl-Mədxali رحمه الله belə deyir:

Cənnəti gözlərinin önünə qoyan sadiq saleh möminə Allah üçün səbir etmək asanlaşdırılır.

səh. 59
__

Allaha and olsun ki, əgər biz bu Quranı layiqincə oxusaq və onda olanlara tabe olsaq, bu dünyada da, axirətdə də xoşbəxt olarıq.

Səh. 128
____

Əgər müsəlmanlar izzət və düşmənlərə qarşı kömək istəyirlərsə, həyata keçirməkləri lazım olan iki şey var:

"İman və Tövhid"..

səh. 264


Qərb, tarixin şəfəqindən bəri bizim etiqadlarımızı korladı. Fəlsəfə və məntiq haradan gəldi? Yunanıstandan gəldi və bir çox müsəlmanın etiqadını korladı. Qəbirpərəstlik və xurafatlar da haradan gəldi? Yenə də yəhudi və xristianlardan, Qərbdən gəldi."

Səh. 282
___


Çevrilişlər və inqilablar olan ölkələrə nəzər salın. Necə də pərişanlıq, əziyyətlər və qan tökülməsi hədisələrinin içində yaşayırlar. Bunda ibrət alanlar üçün ibrətlər vardır.

səh. 354.
__


Kor-koranə təəssübkeşlik bir çox insanı haqla savaşmağa sövq etmişdir. Bilir ki, filankəs haqq üzərindədir, haqqı yazır (deyir) və bəyan edir, ancaq (buna baxmayaraq o insan) batil əhli uğrunda və batil uğrunda onunla düşmənçilik edir, beləcə də Allahın yolundan sapdıran və (Onun dinini dəyişdirmək) istəyənlərdən olur."

səh. 433

Ardı var inşə Allah..