[ Etikaf haqqında ]
* Etikaf nədir?
Etikaf Allaha itaət etmək və ibadətə çəkilmək niyyəti ilə bir müddət (gecə, gündüz, bir saat, bir gün, günlər və gecələr) məsciddə qalmağa deyilir.
Uca Allah ﷻ belə buyurmuşdur:
وَلا تُبَاشِرُوهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ
Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. (Bəqərə, 187)
*Etikafın hökmü
Etikaf etmək sünnədir. (müstəhəbdir).
*Etikafın vaxtı
Allah Elçisidən ﷺ Ramazanın son on günündə etikaf etdiyi hədislərdə gəlmişdir. Bəzi illər də müxtəlif səbəblərə görə tərk etmiş və Şəvval ayının ilk on günündə etmişdir. O, sünnədir. Ramazanda daha fəzilətlidir. Ramazanın son on günündə daha da fəzilətlidir.
*Etikafın yeri
Etikaf yalnız məsciddə olur.
Mənbə: Şeyx İbn Bəzin rəsmi saytından
Böyük təfsirçi Qurtubi (rahiməhullah) belə demişdir:
Alimlər etikafın yalnız məsciddə olması barədə icma etmişlər.
Bax: Əhkəmul Quran, 2/333.