Sizə salam verildikdə..

Sizə salam verildikdə..

Uca Allah ﷻ belə buyurur:

 

وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٖ فَحَيُّواْ بِأَحۡسَنَ مِنۡهَآ أَوۡ رُدُّوهَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَسِيبًا

 

“Əgər sizə bir salam verilərsə, siz onu ya daha gözəl şəkildə, ya da eynisi ilə cavablayın. Həqiqətən, Allah hər bir şeyi hesaba alandır.”

(Nisa surəsi, 86-cı ayə)

 

Təfsir:

 

Salam- iki görüşən şəxsdən birinin digərinə hörmət və dua məqsədilə söylədiyi söz, həmçinin bu sözlə müşayiət olunan gülərüzlük və xoş münasibətdir.

 

Salamların ən ucası, dinin (İslamın) gətirdiyi salamdır- “Əssələmu əleykum” demək və ona cavab verməkdir. Allah möminlərə əmr etmişdir ki, onlara hər hansı bir salam (təbrik və ya hörmət ifadəsi) verildikdə, onu ya daha gözəl şəkildə, ya da eyni formada cavablandırsınlar.

Bu, salamı ümumiyyətlə cavabsız qoymağın və ya pis şəkildə cavab verməyin qadağan olunduğuna dəlalət edir.

 

Bu ayədən salamı başlamağın da təşviq olunduğu iki cəhətdən anlaşılır:

 1. Allah salamı cavablandırmağı əmr etmişdir- bu isə salam verməyin də şəriət baxımından tələb olunduğunu göstərir.

 2. Ayədə işlənən “əhsən” (ən gözəl) kəlməsi salam vermək və cavab verməkdə gözəlliyin qarşılıqlı olmasına işarə edir.

 

Lakin bu ümumi hökmün istisnaları da var:

 

 • Məsələn, Quran oxuyan, xütbə dinləyən, namaz qılan bir şəxs salam verilərkən cavab verməyi vacib deyil.

 • Həmçinin, şəriətin boykot etməyi əmr etdiyi, yəni günahkar və inadkar bir şəxsi tərbiyə məqsədilə salamlamamaq lazımdır. Belələrinə salam verilməz, versələr də cavab alınmaz- bu, daha böyük bir xeyir (islah məqsədi) üçün edilir.

 

Bu ayə həmçinin göstərir ki, insanların adət etdiyi, lakin şəriətə zidd olmayan hər bir salam növünə də cavab vermək vacibdir, hətta daha gözəl şəkildə cavab vermək tövsiyə olunur.

 

Sonda Allah-Təala xəbərdar edir:

 

“Həqiqətən, Allah hər bir şeyi hesablayandır”- yəni Allah insanların bütün əməllərini- yaxşısını da, pisi də, kiçiyini də, böyüyünü də qoruyur və Onun ədaləti və mərhəməti əsasında hər kəsə layiqincə mükafat və ya cəza verir.

Sədi təfsirindən