[ İşa namazından sonra söhbət etməyin məkruh olması ]
Xaraşə İbn Hurr belə demişdir:
Mən Ömər İbn Xəttabı işa namazından sonra söhbət etdiklərinə görə insanları vurduğunu (cəzalandırdığını) gördüm və o, belə deyirdi:
Gecənin əvvəlində söhbət etmək və axırını yatmaqmı?!
İbn Əbi Şeybə "Musannəf", 6681
•┈┈┈┈• ❁ ❁ ❁ •┈┈┈┈•
Muhəlləb rahiməhullah İbn Battalın "Səhih Buxarinin şərhində" belə demişdir:
Peyğəmbər ﷺ işadan sonra söhbət etməyi gecənin qalan hissəsini yataraq sübh namazını camaatla qılmağı əldən verməyə səbəb olduğu üçün məkruh görmüşdür*.
*Əbi Bərzə Allah ondan razı olsun rəvayət edir ki:
Rasulullah ﷺ işadan öncə yatmağı, işadan sonra isə danışmağı məkruh görərdi.
Buxari, 568
Amma elm və xeyir işləri haqqında söhbət etmək isə icazəlidir. Bunu artıq Peyğəmbər ﷺ və səhabələri etmişlər.
Hazırladı: Şeyx Arafat Muhəmmədi
Tərcümə etdi: Samiq Mustafayev