İbn Covzi "Saydul Xatir"

İbn Covzi "Saydul Xatir"

Böyük alim İbn Covzi (Allah ona rəhmət etsin)  «Saydul Xatir» kitabından faydalar

 

SubhanAllah. Cəza əməlin növünə görədir.

Valideynin üzünə ağ olan biri atasını vurdu (döydü) və onu bir yerə qədər sürüdü. Atası ona belə dedi:

Bura qədər kifayətdir. Mən atamı bura qədər sürümüşdüm.

Saydul Xatir, səh. 473

 

Dostluğun bəlası

Dostluğun bəlası həsəddir (paxıllıqdır).

Saydul Xatir, səh. 179

 

İxlaslı olan azdır.

Uca Allah üçün ixlasla əməl edən, necə də azdır! Çünki insanların çoxu, etdikləri ibadətlərin bilinməsini sevirlər.

Saydul Xatir, səh. 251

 

Cəza gecikə bilər.

Ola bilsin ki, cəza geciksin və cavanlıqda edilən günahlara görə ömürün axırında gəlsin.

 Saydul Xatir, 315

 

Allaha bağlı ol.

“Mən möminin başına gələn çətinlikləri və bu çətinliklərin hikmətini düşündüm. Gördüm ki, məqsəd, qəlbin Rəbbin qapısında (yalnız Ona bağlı şəkildə) qalmasını təmin etməkdir.”

Saydul Xatir, 402

 

Duada davamlı ol.

İblis gəlib “nə qədər dua etmisən və duan qəbul olunmayıb” deyə vəsvəsə etsə, de ki, “mən dua etməklə ibadət edirəm”.

Saydul Xatir, 222.

 

Allah haqqında yaxşı zənn və ümidsizliyə qapımamaq haqqında 

Yaqubun oğlu Yusuf (Allahın ona salamı olsun) getdi, Yaqub (Allahın ona salamı olsun) səksən il ağladı, ancaq ümidsizliyə qapılmadı, digər oğlu da getdikdə isə dedi:

عَسَى ٱللَّهُ أَن یَأۡتِیَنِی بِهِمۡ جَمِیعًاۚ

“Ola bilsin Allah onların hamısını mənə gətirdi” (Yusuf, 83)

Musa da (Allahın ona salamı olsun) Firona qarşı dua etmişdi, ancaq duası qırx il sonra qəbul olmuşdu.

Saydul Xatir, 283, 284

 

 Səbrsiz olma.

Həlak olanları yalnız nəfsin istədiyi şeylərə az səbr etmək həlak etmişdir.

Saydul Xatir, 806.

 

Dünya imtahan yeridir.

Dünya imtahan üçün qurulmuşdur. Aqil insanın öz nəfsini səbrə alışdırması lazımdır.

Saydul Xatir, 1/393.