Haqq üzərində sabit ol
- 583
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir:
“Əgər siz günah etməsəydiniz, Allah günah edən, sonra Allahdan bağışlanma diləyən və Allahın da onları bağışladığı bir qövm gətirərdi.”
Bu hədisin mənası nədir?
Allah azzə və cəllə Qurani-Kərimdə insanı “ən gözəl surətdə” yaratdığını bildirmişdir. O, insanı məsum (günahsız) mələklər kimi yaratmamışdır. O mələklər ki, Allaha heç vaxt asi olmazlar və yalnız Onun əmr etdiyini yerinə yetirərlər. Əksinə, Allah insanı ağıl sahibi, nəfs və istəklərli, seçim imkanına sahib bir varlıq olaraq yaratmışdır. İnsan bu xüsusiyyətlər arasında yaşayır – Allahın ona verdiyi imkanlarla – və bu, onu Allaha itaətə yönəltməlidir.
Amma bu, məsumluq çərçivəsində deyil, çünki bu hədisin də göstərdiyi kimi insan məsum deyil. Yəni Rəbbimiz bəndələrinin heç günah etməməsini istəmir, çünki bu, Onun təqdirinə və iradəsinə uyğun deyil. O istəyir ki, insanlar günah etdikdə tövbə edib Ondan bağışlanma diləsinlər. Əgər insanlar heç günah etməsəydilər, Allah onları aparar, yerinə günah edən və sonra Ondan bağışlanma diləyən bir qövm gətirərdi.
Bu hədis günah etməyə təşviq etmir! Əksinə, insanın günah etdiyi zaman istiğfar etməyə (bağışlanma istəməyə) təşviq edir.
Şeyx Albani