Bir bacımızın iki sualı var. Birinci sualda deyir ki:
"Hücrəmdə və ya otağımda tək yatarkən hərdən qorxu və ürkü hissi keçirirəm. Buna görə də, oxunan ayələr ilə yatım deyə Quran dinləməyə ehtiyac duyuram." Bu icazəlidirmi? Bizi faydalandırın. Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Bunda bir qəbahət görmürəm, çünki Quran mömini rahatladandır. O, (Quran) Allahın ﷻ zikridir. Onu dinləmək ibadətdir. Əgər insan qorxusunu aparmaq və qəlbini rahatlatmaq üçün Quran dinləməyə ehtiyac duyursa, bunda heç bir qəbahət yoxdur. Əlhəmdulilləh.
Cavab verdi: Şeyx İbn Bəz