Orucu öz ölkənlə birlikdə tut

Orucu öz ölkənlə birlikdə tut

[ Orucu öz ölkənlə birlikdə tut ]

Sual verən deyir ki, əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu. Mənim ölkəm Səudiyyə Ərəbistanından bir gün əvvəl oruc tutur. Bilmək lazımdır ki, keçən illərdə olduğu kimi bu il də astronomik hesablamaları əsas götürürlər. Mənə orucu onlarla yoxsa Səudiyyə Ərəbistanı ilə birlikdə açmağım icazəlidir ?


Şeyx Fovzan 

Cavab:

Peyğəmbər ﷺ belə buyurmuşdur;

Oruc sizin oruc tutduğunuz gündür. 

Müsəlmanlarla birlikdə oruc tut, onlara müxalif olma və öz ölkənə tabe ol. Onlar oruc olduğu halda sən iftar etmə! Və ya onlar iftar etdikləri halda sən oruc tutma! Yalnız onlarla, öz ölkənin əhalisi ilə birlikdə ol. Müsəlmanlara müxalif olma! Bu elə əvvəlki sual kimidir. Bəzi ölkələr Səudiyyə Ərəbistanından öncə oruc tuturlar. Əgər sən Səudiyyə Ərəbistanından öncə oruc tutan ölkədəsənsə, öz ölkəndə olan müsəlmanlarla birlikdə oruc tut. Əgər sən Səudiyyə Ərəbistanındasansa, o zaman Səudiyyə Ərəbistanı ilə birlikdə oruc tut. 

Sən öz ölkəndə olan müsəlmanlara tabe ol və onlara müxalif olma! Bəli.