Uca Allah ﷻ belə buyurur:
أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَـٰمِ فَهُوَ عَلَىٰ نُورࣲ مِّن رَّبِّهِۦۚ فَوَیۡلࣱ لِّلۡقَـٰسِیَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُو۟لَـٰۤىِٕكَ فِی ضَلَـٰلࣲ مُّبِینٍ
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi?!
Qəlbi Allahın Zikrinə
qarşı sərt olanların vay halına! Onlar
açıq-aydın azğınlıq içindədirlər. (Zümər, 22)
Yəni: Allahın, köksünü İslam üçün açdığı, köksünü Allahın əhkamlarını öyrənmək və onunla əməl etmək üçün genişləndirdiyi, köksü rahatlıq içində və işlərində bəsirət üzərində
olan şəxslə (“Rəbbinin nura yönəltdiyi şəxs” ayəsindən məqsəd də budur),
bu cür olmayan eyni ola bilərmi? Allahın bu sözü buna dəlildir:
Qəlbi
Allahın Zikrinə qarşı sərt olanların vay halına!
Yəni:
Onun qəlbi Allahın kitabı ilə yumşalmaz, ayələri
barəsində düşünüb-daşınmaz, Onun zikri
ilə rahatlıq tapmaz, əksinə, Rəbbindən üz döndərər, başqasına yönələr. Belələrinə ağır bir vay (əzab) və
böyük şərr vardır.
Onlar
açıq-aydın azğınlıq içindədirlər.
Yəni:
Hansı azğınlıq öz Himayəçisindən (Allahdan) üz döndərməkdən daha böyük ola bilər?! Bütün səadət Ona
(Allaha) yönəlməkdə olduğu halda Onun
zikrinə qarşı qəlbi sərt olmaqdan və özünə zərər verən şeylərə yönəlməkdən daha böyük azğınlıq ola bilərmi?!
Sədi təfsirindən