Dövlət başçısı üçün dua
- 372
Mərhəmətli və Rəhimli olan Allahın adı ilə.
Bildiyimiz kimi ayların sayı on ikidir. Uca Allah bu barədə belə buyurur:
Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır. (Tövbə, 36)
Haram aylardan Zülqadə, Zülhiccə və Mühərrəm ard-arda, Rəcəb ayı isə təkdir.
Uca Allah bu aylarda döyüşməyi qadağa edib. O da bu, aylardır. Onlardan biri də, Rəcəb ayıdır.
Rəcəb ayı Ramazan hazırlıqdır.
Böyük alim Əbubəkr Varraq (Allah ona rəhm etsin) belə demişdir:
Rəcəb ayı əkin ayıdır. Şaban ayı – onu suvarmaq ayıdır. Ramazan ayı isə, onu biçmək ayıdır.
Lətaiful Məarif, 121
❌ RƏCƏB AYINI İBADƏTLƏRLƏ XÜSUSİLƏŞDİRMƏK
Böyük alim ibn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:
“Rəcəb ayının gündüzləri oruc tutmaq və gecələri namaza durmaq barədə varid olan bütün hədislər iftiraçının yalanıdır”.
Əl-Mənərul Munif, səh. 96
Şeyx İbn Useymin (Allah ona rəhm etsin) belə demişdir:
Rəcəb ayının fəziləti haqqında heç bir səhih hədis gəlməmişdir. Sadəcə haram aylardan olması xaric , Rəcəb ayı ondan öncəki Cəmadiəl-axirədən ayıran heç bir özəllik və ayrıcalıq yoxdur. Buna görə də Rəcəb ayında məşru bir oruc və ya məşru namaz və ya məşru bir ümrə yaxud da başqa bir şey yoxdur. Rəcəb ayı digər aylar kimidir.
📼 Liqâ Bəb əl-Məftuh, 27/174
Şeyx Muqbil (Allah ona rəhm etsin) demişdir:
"Rəcəb ayının ibadətlərlə xüsusiləşdirməyə dəlil bilmirik. Bu barədə insanların etdikləri bidətdir”.
Qamul Məanid, 2/292
Şeyx Saleh Fovzan (hafizahullah) demişdir:
“Alimlər zikr edirlər ki, Rəcəb ayını hər hansısa ibadətlərlə xüsusiləşdirmək caiz deyil”.
Ət-Taliq alə İğasətul Ləhfən, h. 25/6/1437
Hörmətli oxucu, İslam alimlərinin sözlərindən də göründüyü kimu bu ayda xüsusi bir ibadət dinimizdə yoxdur. Uca Allah bizi və sizi bütün bidət və münkər əməllərdən qorusun