QADINLARINIZLA XOŞ
RƏFTAR EDİN
Uca Allah buyurur:
وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ
ۚ
Onlarla
(qadınlarla) xoş rəftar edin. (Nisa, 19)
Hafiz ibn Kəsir (rahiməhullah) bu ayə
haqqında belə demişdir:
Onlarla (qadınlarla) gözəl danışın,
feil (əməl) və davranışlarınızı gücünüz çatdığı qədər gözəlləşdirin. Qadının
sənə necə davranmağını istəyirsənsə, sən də onunla eləcə davran. Uca Allah
buyurur:
وَلَهُنَّ
مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ
Kişilərin qadınlar
üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində
haqları vardır. (Bəqərə, 228)
Peyğəmbər ﷺ belə buyurmuşdur:
Sizin ən
xeyirliniz əhlinə (ailəsinə) ən xeyirli olanınızdır. Mən əhlimə (ailəmə) ən
xeyirli olanınızam
Tirmizi, 3830; İbn Macə, 1967; Albani
"Sahihul Cami", 3314.
"Təfsirul Quranil
Azim", 1/576.
Şeyx Abdullah Buxari (hafizahullah) belə deyir:
Raşidi xəlifə Osman İbn Affan (Allah ondan razı olsun) Bədr
döyüşündə niyə iştirak edə bilməmişdi? Çünki onun zövcəsi - Peyğəmbərin ﷺ qızı
Ruqayyə xəstələnmişdi, o da onun yanında qalaraq ona baxmış və qayğısına
qalmışdır. Peyğəmbər ﷺ ona (Osmana) belə demişdir:
Sənə Bədrdə iştirak edən kişinin
savabı və onun qənimətindən də pay var. (Buxari, 3130)
Kişilik belə olmağı gərəkdirir, mərdlik belə olmağı gərəkdirir
və gözəl davranış da belə olmağı gərəkdirir. Amma ənaniyyətli olmağın və yalnız
özünə və öz ehtiyaclarını baxmağın, təəssüf olsun ki, bu, ailə idarə edə
bilməməyini göstərir.
Birinci Ramazan görüşü, 8 Ramazan 1439
Hazırladı: Samiq Mustafayev.