Ümmətin sələflərinə tabe olmaq | Şeyx Abdullah Buxari (həfizahullah)
- 607
Loğman həkimin oğluna tövsiyələri (1)
وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ
Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13)
Şeyx Rabi Mədxali:
Bu möhtəşəm ayələri incələməyi çox istədim. Çünki əzəmətli ayələr əqidə, ibadət, əxlaq, yaxşılığı əmr etmə və pislikdən çəkindirmə kimi məsələləri özündə cəm edir. Bu ayələr Qurandakı ən böyük ayələrdəndir ki, üzərində düşünmək və nəticə çıxarmaq lazımdır. Bu ayələrdən həm əqidə, həm ibadət, həm də əxlaq baxımından faydalanmalıyıq. Çünki biz elmi öyrənirik ki, onunla əməl edək və Allahın Kitabından və Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) Sünnəsindən və həyatından öyrəndiklərimizlə əxlaqlanaq.
Allah-Təala, Loğmana olan nemətini xatırladır – Loğman hikmət sahibi idi. Bu sifətlə tanınır, adı çəkildikdə belə deyilir: Loğman, həkim (hikmət sahibi). Bu, Allahın onun hikmətli olduğuna şahidlik etməsidir. Çünki Allah hikməti yalnız Özünə şükür edənə verir. Allah-Təala buyurur:
وَلَقَدۡ ءَاتَيۡنَا لُقۡمَٰنَ ٱلۡحِكۡمَةَ أَنِ ٱشۡكُرۡ لِلَّهِۚ وَمَن يَشۡكُرۡ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ
Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. (Loğman, 12)
Çünki fayda yalnız həmin şəxsə qayıdır. Allah heç nəyə möhtac deyil. İnsanlar şükür etsələr belə, bu Allaha bir şey qazandırmaz; nankorluq etsələr də, Onun üçün bir zərəri olmaz. Bunu dəfələrlə qeyd etmişik. Bu həqiqət Əbu Zərr (Allah ondan razı olsun) hədisində də gəlmişdir:
“Ey qullarım! Siz nə Məni zərərə uğrada, nə də fayda verə bilərsiniz.” (Muslim, 2577)
Bu, Quranda və Sünnədə yer alan ümumi bir qaydadır. Allah-Təala buyurur:
مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ
Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri öz əleyhinə olar. Sənin Rəbbin qullara zülm edən deyil. (Fussilət, 46)
Allah Loğmanı ona hikmət bəxş etdiyi deyərək təriflədi. Sonra bu əzəmətli qaydanı xatırlatdı və ona verdiyi hikmətin bir qismini də belə açıqladı:
وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ
“Loğman oğluna nəsihət edərək dedi:
“Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
Hikmət, bir şeyi yerli-yerində qoymaqdır. Bu, Loğmanın və bütün hikmətli dəvətçilərin hikmətindən biridir. Peyğəmbərlərin hamısı hikmət sahibi idilər. Alimlər də hikmət sahibi olur – onlar hər şeyi yerli-yerində qoyurlar. Dəvətlərini bu hikmətin əsasında aparırlar və insanları bu əsas üzərində tərbiyə edirlər.
Elə ən əhəmiyyətli məsələdən başlamaq da hikmətdəndir. Muaz ibn Cəbəlin hədisində olduğu kimi. Bu hədis Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) tərəfindən Allaha dəvətin mənhəcini bəyan edir
“Sən əhli-kitabdan olan bir tolumun yanına gedirsən. Onları ilk olaraq Allahdan başqa haqq ilah olmadığına şəhadət verməyə dəvət et. Əgər bunu qəbul etsələr, onlara namazı və zəkatı əmr et…”
(Buxari və Müslimdən rəvayət etmişlər)
Loğman da oğluna tövhidi (tək Allaha ibadəti) əmr etdi, şirkdən çəkindirdi. Ondan sonra isə namazı, yaxşılığı əmr etməyi və pislikdən çəkindirməyi buyurdu. Bu da onun hikmət sahibi olduğuna bir dəlildir.
Hikmətli davranış – peyğəmbərlərin yoluna uyğun hərəkət etməkdir. İnsanları Allahın dininə dəvət etmək və onların bu dinə uyğun tərbiyə olunmalarını təmin etmək üçün işə ən vacib olandan başlamaq lazımdır.
Heç bir şübhə yoxdur ki, tövhid (Allahın təkliyinə inam), iman, aqidə və zehnin şirkdən təmizlənməsi hər bir cəmiyyətin əsas təməlidir. Bu, əsil və dəyişməz bir başlanğıcdır. Başqa heç bir şey bu başlanğıcdan qabağa keçə bilməz. Bu yolun xaricinə çıxan və başqa yollar axtaranlar, əslində doğru yolu tərk etmiş sayılır.
Allah-Təala buyurur:
يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ
“Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
Şirkdən daha böyük günah yoxdur.
Çünki şirk, Allahın bağışlamayacağı günahdır.”
Allah-Təala buyurur:
إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ
“Şübhəsiz ki, Allah Ona şərik qoşulmasını bağışlamaz, bundan aşağı olanı isə istədiyinə bağışlayar.” (Nisə, 48)
Və Allah-Təala buyurur:
إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ
“Kim Allaha şərik qoşarsa, artıq (o adam) Cənnəti haram qılmışdır və onun yeri Cəhənnəmdir.” (Maidə, 72)
Loğman oğluna nəsihət edərkən belə dedi:

“Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13)
Bu ayə barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə nəql olunur:
Səhabələr dedilər:
“Ey Allahın Rəsulu! Hansımız özünə zülm etməmişdir ki?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:
“Belə deyil. Sizin düşündüyünüz kimi deyil. Zülm, Loğmanın oğluna dediyi kimi (şirkdir):
“Şübhəsiz ki, şirkin özü böyük bir zülmdür.”
Ona görə də onlara (səhabələrə) aydın oldu ki, bu ayədə keçən “zülm”dən məqsəd, şirkdir.
Çünki şirk dedikdə, burada Böyük Şirk – insanı İslamdan çıxaran küfr nəzərdə tutulur.
Bu böyük küfrün sahibi Allahın şiddətli qəzəbinə və daimi əzabına düçar olar.
Belə bir günah bağışlanmaz. Bu səbəbdən Loğman oğluna belə dedi:
“Şübhəsiz ki, şirkin özü böyük bir zülmdür.”
ARDI VAR İNŞƏ ALLAH