Şeyx Abdullah ibn AbdurRahim Əl-Buxari (Allah onu qorusun) belə deyir:
İmam Buxari öz səhihində Cabirdən (Allah ondan razı olsun) belə rəvayət edir:
Allah Rasulu ﷺ Cümə günü bir ağacın və ya xurma kötüyünün üzərinə çıxıb xütbə verərdi. Ənsarlardan olan bir qadın və ya bir kişi dedi:
Ey Allahın Rasulu, bəlkə sənin üçün bir minbər düzəldək?
Allah Rasulu ﷺ buyurdu:
Əgər istəyirsinizsə, düzəldin. Beləliklə ona bir minbər düzəltdilər. Cümə günü gəldiyi zaman Allah Rasulu ﷺ minbərə çıxarıldı. Bu zaman kötük balaca uşaq kimi hönkürtü ilə ağlamağa başladı. Sonra Allah Rasulu ﷺ minbərdən düşüb kötüyü qucaqladı. Kötük isə sakitləşdirilən uşaq kimi yavaşca inildəyirdi.
Allah Rasulu ﷺ belə buyurdu:
O, (kötük) yanında edilən Allahın zikri üçün darıxıb ağlayırdı.
Buxari, 3584
Buna görə də imam Həsən Əl-Bəsri bu hədisi rəvayət etdikdə ağlayar və belə deyərdi:
Ey müsəlman toplumu, kötük Allah Rasulu ﷺ üçün darıxdığına görə inildəyirdi. Siz Allah Rasulu ﷺ üçün daha çox darıxmalısınız.
Siyər, 4/570
"Sələfilik nədir?" adlı risalədən, səh. 7, 8, 9
Hazırladı: Samiq Mustafayev