Sual: Bir kəsə qəti şəkildə "filankəs şəhiddir" demək icəzəlidirmi?
Cavab: Xeyr, qəti şəkildə demək icazəli deyil, çünki bir kimsənin cəhənnəmlik və ya cənnətlik olduğu qəti şəkildə deyilmir. Biz əgər "filankəs şəhiddir" desək, bu, o deməkdir ki, biz qəti şəkildə o insanın cənnətlik olduğunu deyirik. Biz Allah və Rəsulunun şahidlik etdiyi kimsələrdən başqa kiminsə cənnətlik olduğunu qəti şəkildə demirik. Məsələn: Cənnətlə müjdələnən on nəfər, Bədr əhli, Rizvan beyəti əhli və s. Bunlardan başqalarına gəldikdə isə əgər o insan salehlərdəndirsə, onun üçün cənnəti təmənni edirik, amma qəti şəkildə "cənnətlikdir" demirik.
Cavab verdi: Şeyx Rabi Mədxali "Şərh Üsul Sünnə"