Peyğəmbər ﷺ buyurmuşdur:
"Namazı ayaq üstə qıl, əgər bacarmasan, oturaraq qıl, onu da bacarmasan, uzanaraq qıl".
"Buxari", 1117.
Şeyx Ubeyd Cəbiri (həfizahullah) belə deyir:
Bu hədis iki şeyi bəyan edir:
1) Fərz namazlarında əsl olan (namazı) ayaq üstə qılmaqdır. Bu da dəlildir ki, gücü çatanın namazı ayaq üstə qılması namazın ruknlarından biridir.
2) Fərz namazlarını ayaq üstə qılmağa gücü çatdığı halda oturaraq qılanın, həmçinin oturaraq namaz qılmağa gücü çatdığı halda uzanaraq qılanın namazının batil olması.
"Şərh Muqaddimə Sünən İbn Macə", səh. 11, 12.