Cümə günü Kəhf surəsini oxumağın fəziləti

Cümə günü Kəhf surəsini oxumağın fəziləti

Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

 

Kim cümə günü "Kəhf" surəsini oxuyarsa, onunla beytul atiq (qədim ev, yəni Kəbə) arasında nur saçar.

 

Bax: Sahihul Cəmi, 6471

 

Başqa bir hədisə buyurur:

 

“Kim Cümə günü Kəhf surəsini oxuyarsa, iki Cümə arasında onun üçün nur olar.”

 

Bax: Həkim, əl-Müstədrək (2/399)

 

Böyük alim İbn Dəqiq belə rəvayət edir:

 

Mənim bir dostum vəfat etdi və mən onu yuxuda gördüm. O, dedi :

 

Mənim yanıma yırtıcı heyvan kimi bir it gəlib, məni qorxutdu və mən qorxdum. Gözəl surətli bir şəxs gəlib o iti qovdu. Mən soruşdum : Sən kimsən?! O, dedi : Mən sənin cümə günü oxuduğun Kəhf surəsinin savabıyam.

 

Bax: İbn Həcər "Əd-Durar" 5/352

 

- İmam Əhməd İbn Hənbəl (Allah ona rəhm etsin) Kəhf surəsini məscidə getdiyi yolda oxuyardı. 

 

Bax: Əl-Muğni, 2/610

 

İmam Şafi (Allah ona rəhm etsin) belə demişdir:

 

"Rasulullaha (səllallahu əleyhi və səlləm) çoxlu salavat gətirməyi hər vaxta sevirəm. Xüsusilə cümə günü və gecəsində bunu daha çox sevirəm.

 

Həmçinin, cümə günü və gecəsi Kəhf surəsi haqda (savab və fəzilətləri haqqında) gələn rəvayətlərə görə Kəhf surəsini oxumağı sevirəm".

 

Bax: Əl-Umm, 1/239

 

Elm əhli belə buyurur:

 

Cümə günü Kəhf surəsini oxumaq ümumi olaraq hər kəsə aiddir. Kişi, qadın, Cümə namazına gedə bilən, gedə bilməyən hər kəsə şamil olunur.

 

Qeyd: Cümə günü Kəhf surəsini oxumağın fəzilətinə dair gələn hədisləri bəzi alimlər zəif zaymışlar. Hədislər bir birini gücləndirir. Doğru olan bu barədə gələn hədislərin etibarlı olmasıdır.