Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Möhtərəm müsəlmanlar, Uca Allah bizlərə Özünə və Rəsuluna itaətlə yanaşı məxluqları ilə gözəl davranmağı və onlardan itaət olunacaq kimsələrə itaət etməyi əmr etmişdir. Ata-ataya, qadın ərinə və.s İtaət etməli olduğumuz şəxslərdən də biri müsəlman rəhbərlərdir.
Uca Allah ﷻ buyurur:
یَـٰۤأَیُّهَا ٱلَّذِینَ ءَامَنُوۤا۟ أَطِیعُوا۟ ٱللَّهَ وَأَطِیعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِی ٱلۡأَمۡرِ مِنكُمۡۖ
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. (Nisa, 59)
Ayəyə diqqət etsək görərik ki, mütləq itaət ancaq Allaha və Rəsuluna aiddir, çünki Rəsul Allahdan gətirdiyi şəriət qaydalarında məsumdur (səhv etməz). Məxluqa (yaradılana) itaətə gəlincə isə onlara Allah və Rəsuluna qarşı çıxılmayacaq şeylərdə itaət olunur. Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) belə demişdir:
Xaliqə (Yaradana) asilikdə (qarşı çıxacaq şeylərdə) məxluqa (yaradılana) itaət yoxdur.
Yaxşı, bəs Allaha qarşı olmayan rəhbərin nizamladığı şeylərdə necə?! İtaət olmalıdırmı?!
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) belə demişdir:
Yol hərəkət qaydaları rəhbərin nizamladığı şeylərdəndir və bunda Allaha asilik yoxdur (yəni dinə qarşı bir şey yoxdur). Əgər insan bu qaydaları müxalif olarsa, günahkar olar. Məsələn: sağdan keç, soldan keç, qırmızı işıqda dayanmaq və.s kimi şeylərə əməl etmək vacibdir. "Bunu mənə Allah əmr etməyib" demə. Bunu rəhbər sənin üçün nizamlayıb və deyib ki, bunları yerinə yetirin. Əgər sən etməsən, sən asi günahkarsan. Sən belə etməklə Rəbbinə "rəhbəri eşitmək və ona itaət etmək yoxdur" deyirsən. Bundan Allaha sığınırıq.
Uca Allah ﷻ buyurur:
یَـٰۤأَیُّهَا ٱلَّذِینَ ءَامَنُوۤا۟ أَطِیعُوا۟ ٱللَّهَ وَأَطِیعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِی ٱلۡأَمۡرِ مِنكُمۡۖ
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. (Nisa, 59)
Şərh Riyadus Salihin, 3/654.
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha