Övladları qorumaq

Övladları qorumaq


Övladlarımızı necə qoruyaq?

Sual verən qadın soruşur ki, övladlarımı necə qoruyum? Onlara nəsə oxuyanda əlimi başlarınamı qoyum, yoxsa uzaqdanmı oxuyum? Bu məsələdə Sünnə olan nədir?

Cavab:

Əgər sənin övladların (Allah sənin üçün onları islah etsin və onları sənin üçün sevib və razı qaldığı şeylərdə cəm etsin) danışa bilirlərsə, onlara bu duaları təlqin et. 

Bismilləhilləzi ləə yədurru məa ismihi şeyun fil ərdi və ləə fis səməi və huvəs Səmiul Alim

Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Biləndir! (üç dəfə)

"Əuzu bi kəlimətilləhit təmməti min şərri mə xaləq"

Yaratdıqlarının şərindən Allahın tam kəlimələrinə sığınıram! (üç dəfə)

Onlara İxlas, Fələq və Nəs surələrini əzbərlət. Onlara bu surələri səhər və axşam üç dəfə oxumağı adət etdir.(alışdır)

Sənə dediyim bu şeylər səhər və axşam zikirləridir. 

Əgər danışmağı bacarmırlarsa, sən onları buna alışdırmağı niyyət et. Hər dəfə onların başlarına əlini qoyaraq oxumağında ümid edirəm ki, bir qəbahət yoxdur

Bu barədə bir əsər bilmirəm, lakin deyirəm ki, ümid edirəm bunda heç bir qəbahət yoxdur.