Qənaətcillik

Qənaətcillik


Uca Allah buyurur:

 مَنۡ عَمِلَ صَـٰلِحࣰا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنࣱ فَلَنُحۡیِیَنَّهُۥ حَیَوٰةࣰ طَیِّبَةࣰۖ وَلَنَجۡزِیَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُوا۟ یَعۡمَلُون


"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq." (Nəhl, 97.)

Həsən Əl-Bəsrinin bu ayə barəsində belə dediyi rəvayət olunur:

Gözəl həyat: Qənaətcillik.

Allah Elçisi ﷺ belə demişdir:

"Həqiqətən, Allaha təslim olub, kifayətlənməklə ruziləndirilib və Allahın qənaətcil etdiyi kimsə uğur qazanmışdır ."

 Bu hədisi İmam Muslim rəvayət etmişdir. (1054)

İbn Həcər (Allah ona rəhmət etsin) bu hədisin mənası haqqında belə demişdir:

"Kim bu xüsusiyyətləri özündə daşıyarsa, artıq o, mətləbinə çatmış və dünya və axirətdə rəğbət bəslədiyini qazanmışdır."

 Fəthul Bəri, 11/275.

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) belə demişdir: "Ruzi iki cürdür:

Sənin tələb etdiyin ruzi və səni tələb edən ruzi. Sən onu tələb etməsən belə, o sənə gələcəkdir."

 Aqdul-Fərid, 3/169.

Ömər ibn AbdulƏziz (Allah ona rəhmət etsin) belə demişdir: "Dərin fiqh qənaətcillik və dili qorumaqdır."

 Ədəbul-Mucələsə li ibni AbdulBərr, 87. 

Ər-Rağib (Allah ona rəhmət etsin) belə demişdir: "Fəqirlik 4 cürdür:

1. Axirətdə savablardan fəqir olmaq;
2. Dünyada qənaətcillikdən fəqir olmaq;
3. Bir şeyi əldə edə bilməkdən fəqir olmaq;
4. Bunların hamısından fəqir olub nəyinsə hesabına zəngin olmaq. 

Bunlar kimdə dünyada ikən hasil olarsa, o, qənaətcilliyi əldə edə bilmək bacarığını itirmiş və məzəmmət olaraq mütləq şəkildə fəqirdir. Onun barəsində heç bir cəhətdən zəngin deyilməz."

Təfsiru Ər-Rağib, 1/564.

Əbu Hətim (Allah ona rəhmət etsin) belə demişdir: 

"Allahın qullarına bəxş etdiyi əvəzolunmaz bəxşişlərinin ən çoxu və əhəmiyyət baxımından da ən əzəmətlisi qənaətcillikdir. Bədənə qəzavü-qədərə razı olmaq və Allahın bölgüsünə arxayın olmaqdan daha çox rahatlıq verən başqa bir şey yoxdur. Əgər qənaətcillikdə rahatlıq və üstünlük tələb etməkdən ötrü pis yerlərə daxil olmamaqdan başqa təriflənən bir xislət olmasaydı, aqil insana qənaətcillikdən heç bir halda ayrılmamaq vacib olardı."

Rovdatul Uqalə li İbnil Hibbən, səh. 149.