Siğə
(müvəqqəti nigah) nədir?
-Siğə (müvəqqəti nigah) kişinin qadınla (müəyyən
bir mal qarşılığında) müəyyən müddətlik evlənməyinə deyilir. Buna ərəbcə “mütə”
deyilir.
Əslində
evlilik davamiyyətli olmalıdır. Siğə (müvəqqəti nigah) İslam dini yeni gəldiyində
mübah (icazəli) idi, sonra isə bu hökm (mübah olması) ləğv olundu və qiyamətə qədər
haram edildi.
Əli İbn
Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Ona Allahın
salavatı və salamı olsun) Xeybər günü siğəni (müvəqqəti nigahı) və ev eşşəyinin
ətini yeməyi qadağan etdi.
Bax:
Buxari, 3970, Muslim, 1407.
Rabi
İbn Səbura Əl-Cuhəni rəvayət edir ki, atası ona belə dedi:
Mən
Allah Elçisi (Ona Allahın salavatı və salamı olsun) ilə birlikdə idim və o belə
buyurdu:
Ey
insanlar, mən sizə qadınlardan müvəqqəti zövq almağa (siğə etməyə) icazə
vermişdim. Amma artıq Allah onu (müvəqqəti nigahı) qiyamətə qədər haram etmişdir.
İndi kimin yanında bu qadınlardan varsa, onu buraxsın və o qadınlara verdiyi heç
bir şeyi geri almasın.
Bax:
Muslim, 1406.
Siğəni
(müvəqqəti nigahı) icazəli sayan rafizilərdə (şiələrdə) belə həmin qadın nə həyat
yoldaşı, nə də cariyədir. Uca Allah belə buyurur:
{ إِلَّا عَلَىٰۤ
أَزۡوَ ٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَیۡمَـٰنُهُمۡ
فَإِنَّهُمۡ غَیۡرُ مَلُومِینَ فَمَنِ ٱبۡتَغَىٰ وَرَاۤءَ ذَ ٰلِكَ فَأُو۟لَـٰۤىِٕكَ هُمُ ٱلۡعَادُونَ }
Zövcələri
və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar.
Bundan artığına can atanlar isə həddi aşanlardır.
(Muminun,
6, 7)
Rafizilərin
öz nəfsani istəklərinə uyğun gətirdikləri dəlil isə budur:
{ فَمَا ٱسۡتَمۡتَعۡتُم
بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِیضَةࣰۚ }
Evləndiyiniz
qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin.
(Nisa,
24)
Deyirlər
ki, bu ayə siğənin (müvəqqəti nigahın) mübah olmasına dəlildir. Çünki burada “zövq
aldığınıza görə” sözü var.
Onlara
rədd odur ki, Uca Allah bu ayədən öncə kişilərə hansı qadınlarla evlənməyin
icazəli olmadığını bəyan etmiş, sonra bu ayədə onlara hansı qadınlarla evlənməyin
icazəli olduğunu buyurmuş və onlara qadınlara evlilik zamanı mehr verməyi əmr
etmişdir.
Bu ayəni
onların lehinə dəlil ola bilməz. Hətta səhabələr kimsə siğənin (müvəqqəti
nigahın) haram olması dəlili çatmayanları belə xəbərdar edərək bu əməli qadağan
etmişlər. O qadağan edənlərdən də biri Əli ibn Əbu Talibdir. (Allah ondan razı
olsun)
Əli
İbn Əbu Talib (Allah ondan razı olsun) İbn Abbasın (Allah ondan və atasından
razı olsun) siğə (müvəqqəti nigah) məsələsində yumşaq danışmasını eşitmiş və
ona belə demişdir:
Dayan,
ey Abbasın oğlu, Allah Elçisi (Ona Allahın salavatı və salamı olsun) Xeybər günü
siğəni (müvəqqəti nigahı) və ev eşşəyinin ətini yeməyi qadağan etmişdir.
Bax:
Muslim, 1407.
Umid
edirik ki, bəzi qaranlıq göstərilən məqamları sizə açıqladıq. Uca Allah bütün
müsəlmanları belə çirkin və pis əməllərdən uzaq etsin.
Sonda
həmd olsun aləmlərin Rəbbi olan Allaha