Fitrnələr zaman ibadət

Fitrnələr zaman ibadət

    Həmçinin İmam Muslim Məqil bin Yəsərin belə dediyini rəvayət edib: Allah Rəsulu — salləllahu aleyhi və səlləm — buyurmuşdur:

 

«العِبادةُ في الهرْجِ كهِجرةٍ إليَّ»

 

    "Hərc-mərclik zamanı ibadət mənə tərəf hicrət kimidir."1

 

 

    Allah Rəsulunun — salləllahu aleyhi və səlləm — "Hərc-mərclik zamanı ibadət" sözü fitnələr və insanların qan tökdükləri vaxtda çəkilib Rəbbinə ibadətlə məşğul olmaq deməkdir. Burada müsəlmanların arasında fitnələr baş verdiyində ona qarışmamağa və Rəbbinə ibadətlə məşğul olmağa təşviq vardır. Bu, hicrətdir.

    Hicrət lüğəvi mənada; Bir halı (vəziyyəti) tərk edib digər hala keçməkdir.2 O, hərc-mərcliyə və döyüşə daxil olmağı tərk edib Rəbbinə ibadətlə məşğul olmaqdır. Bu hicrət Rəsula — salləllahu aleyhi və səlləm — hicrət kimidir. Hərc-mərclikdən ibadətə hicrət Rəsul — salləllahu aleyhi və səlləm — həyatda ikən ona hicrət kimidir. Hicrət əzəmətli yaxşılıqdır. Necə ki, səhabələr — radıyəllahu anhum — Allahın — əzzə və cəll — dininə kömək məqsədi ilə onunla (Allah Rəsulu — salləllahu aleyhi və səlləm — ilə) birlikdə Mədinəyə hicrət etmişlər.

    Hicrətin istilahi (dini) mənası isə: tərk etməkdir. Buna dinini qorumaq məqsədi ilə vətənini tərk etmək, sünnə yolunda fitnəni tərk etmək və ibadətə tərəf insanların arasındakı döyüşü tərk etmək daxildir. Bu da hicrətin bir növüdür.

 

 

1 Muslim rəvayət edib (30/2948).

2 Bax: ən-Nihəyətu fi Ğaribil-Əsər (5/243), Lisənul-Ərab (5/250), Muxtəsarus-Sıhəh (səh. 288).