Sual: "Mötəzilə" firqəsi nə üçün bu adla adlandırılıblar?
Cavab: Çünki onlar imam Həsən Əl-Bəsrinin məclisini tərk edib uzaqlaşıblar. Onların imamı (mötəzilə firqəsinin qurucusu) Vasil ibn Ata Əl-Ğazzəl tabeinlərin imamı Həsən Əl-Bəsrinin (Allah ona rəhmət etsin) tələbələrindən olub.
Bir nəfər sual vermək üçün Vasil ibn Atanın da iştirak etdiyi Həsən Əl-Bəsrinin məclisinə gəlir. Sual verən bu şəxs "Böyük günah edən kimsə mömindir, yoxsa kafirdir?" deyə soruşur.
Həsən belə cavab verdi:
O, kafir deyil. Lakin o, imanı naqis olan mömindir.
Əhli Sünnənin etiqad etdiyi kimi "Böyük günah edən kimsə imanı naqis olan mömindir" cavabını verdi.
Bu zaman Vasil ibn Ata belə dedi:
Mən ona nə mömin, nə də kafir deyirəm. Mən onu iki mənzil (iman və küfr dərəcəsi) arasında olan bir mənzildə (dərəcədə) görürəm.
Sonra Vasil ibn Ata və ona tabe olanlar Həsən Əl-Bəsrinin məclisini tərk edib özlərinə mötəzilə məzhəbini qurdular.
Cavab verdi: Şeyx Saleh Fovzan (Allah onu qorusun)