Şeyx Rabi ilə Şeyx Albani arasında telefon danışığı

Şeyx Rabi ilə Şeyx Albani arasında telefon danışığı



Şeyx Rabi: Seyyid Qutbun "Zilal Quran" və başqa kitabları bizə hər şeyi tamamilə bəyan etmişdir. 

Şeyx Albani: Bəli, Allaha həmd olsun.

Şeyx Rabi: Allah sizə bərəkət versin.

Şeyx Albani: Sizə də bərəkət versin.

Şeyx Rabi: Seyyid Qutbun əqidə və başqa məsələlərdə gördüyüm və mənə bəyan olan müxtəlifliklərini Allah rızası üçün müsəlmanlara nəsihət olaraq demək mənim üzərimə vacibdir.

Şeyx Albani: Bəli, şəkk yoxdur ki, bu, vacibdir.

Şeyx Rabi: Bəli, bu ona görədir ki, şərqdə və qərbdə ümmətin cavanları, İxvanul Muslimindən və Sururilərdən olan cavanlar Seyyid Qutubun mənhəcini Sələfin mənhəcinin yerinə qoyublar. Onlara görə "Lə iləhə illəllahın" mənası hakimiyyət deməkdir. Sururilərin böyükləri deyir ki, heç kim "Lə ilahə illəllahı" Seyyid Qutub kimi təfsir edə bilməyib, hakimiyyət, hökmranlıq etmək və.s yəni sadəcə Rububiyyət tövhidi mənası verib. Sonra bildiyin kimi Seyyid Qutubda "vahdətul vucud"

Şeyx Albani: Bəli

 Şeyx Rabi davam edərək:

Sonra demokratiyaya çağırış, sonra Qurana məxluq demək, sonra möcüzələrə tənə, sonra əhəd hədislər tənə və onları, hətta mütəvatir hədisləri əqidədə hüccət olaraq qəbul etməmək. Mən üstü örtülü şərlər gördüm, bunu açıqlamaq və buna müqavimət göstərmək vacibdir. Allah sizə bərəkət versin.

Şeyx Albani: Allah səni xeyirlə mükafatlandırsın. Allah sənin yazdıqlarınla insanları faydalandırsın.

Şeyx Rabi: Allah sizi xeyirlə mükafatlandırsın.

Şeyx Albani: Allahdan istəyirəm ki, sənin yazdıqlarından faydalanmağı və xəbərdar olmağı mənə asanlaşdırsın. 

Şeyx Rabi: Ey şeyximiz..

Şeyx Albani: Bəli

Şeyx Rabi: Göyün və yerin Rəbbinə and olsun ki, mən səni özümdən çox müdafiə edirəm.

Şeyx Albani: Allah səni xeyirlə mükafatlandırsın və sənə bərəkət versin.

Şeyx Rabi: Allah bilir ki, mən sizə görə siyasi və başqa tərəflərdən müxtəlif ittihamlarla ittiham olunmuşam. 

Şeyx Albani: Allahdan kömək istəyirik.

Şeyx Rabi: Sizi sələfilərin imamı sayırıq.

Şeyx Albani: Ey qardaşım, Allah sənə bərəkət versin və səni qorusun. Bu, sənin mənim haqqımda gözəl zənnindir. Mən isə yalnızca bir elm tələbəsiyəm. Haqq harda olursa olsun, onu (haqqı) axtarırıq.

Şeyx Rabi: Ey Şeyx, Allah sizə bərəkət versin. Bir şeyin fəzilətini yalnız ona sahib olan kimsə bilər.

Şeyx Albani: Bu, doğrudur. Allah səni xeyirlə mükafatlandırsın və sənə bərəkət versin.

Şeyx Rabi: Sələfi mənhəci, doğru yol, Quran və Sünnədən yapışmaq, orta yolda olmaq və başqa şeylər sizin kitablarınız vasitəsiylə bilinib.

Şeyx Albani: Bu, Allahın lütfündəndir. Əgər bu şey baş veribsə, bunların hamısı Allahın lütfündəndir.

Şeyx Rabi: Allah sizə bərəkət versin.

Şeyx Albani: Sizə gələn bütün nemətlər Allahdandır. ( Nəhl, 53)

Şeyx Rabi: Allahdan istəyirəm ki, sizin ömrünüzə bərəkət versin.

Şeyx Albani: Ey qardaşım, Allah səni qorusun, salamat etsin və həmçinin sənin səbəbinlə ümməti faydalandırsın.

Şeyx Rabi: Allah sizə bərəkət versin.

Şeyx Albani: Sizə də bərəkət versin.

Şeyx Albani: Bizim sizin sələfi dəvətinizə və hazırda onun qərib olan əhlinə bəslədiyiniz sevginizə (şəfqətinizə) ehtiyacımız var.

Şeyx Rabi: Biz hələ də bunun üzərindəyik. Bunun üzərində yaşayıb və bunun üzərində də öləcəyik inşallah.

Şeyx: Mən sizdən xüsusən bu kitabı oxumağınızı  xahiş edirəm. Xüsusən də "Təkfir və Quran məxluq"- demək məsələlərini. Sizdən xahiş edirəm ey şeyximiz.

Şeyx Albani: Allahdan bunu mənim üçün asanlaşdırmasını istəyirəm.

Şeyx Rabi: Sonra bu barədə haqq olan sözü deyəsiniz. Ey şeyx, bunlar sizdən və Şeyx İbn Bəzdən bəzi sözləri götürüb cavanları xarab etmək üçün istifadə edirlər.

Şeyx Albani: Ey şeyx, Allah sənə bərəkət versin. Belə şeylərə çox fikir verməsən yaxşıdır.

Şeyx Rabi: Buyurun?

Şeyx Albani: Deyirəm ki, belə şeylərə çox fikir verməsən yaxşıdır, çünki batil əhli qədimdə də önündə və arxasında heç vaxt batil olmayan Allahın kəlamından nəyisə götürüb bununla özlərinin küfürlərini və zəlalətlərini dəstəkləyirdilər. Bunların məndən və məndən daha böyük olandan nəsə götürüb öz batillərini dəstəkləməkləri qəribə deyil. Mən onlar üzərində gözətçi deyiləm.