"Filankəs şəhiddir" demək
- 338
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həsəd-başqasında olan nemətin yox olmasını arzulamaqdır. Başqasında olan nemət həsədçini narahat edir. Başqasında gördüyü nemət onu narahat edir. O, həmin nemətin yox olmasını arzulayır. Onun üçün fərqi yoxdur, ya o nemət özünə keçsin, ya da, hara gedirsə, getsin. Əsas odur ki, başqasında görməsin. Həsədçi (paxıl) Allahın düşmənidir. Allaha etiraz edəndir. O, ağız dili ilə deməsə də, bədən dili ilə Allaha deyir ki, “Nə üçün filankəsə nemət vermisən?!”, “Nə üçün filankəsə əta etmisən?!”. Bunu ağız dili ilə deməsə də, bədən dili ilə belə deyir. Çünki başqasında o neməti gördüyündə narahat olur, kədərlənir. İnsana vacibdir ki, özündə olan bu xəstəliyi müalicə etsin, çünki bu, olduqca təhlükəli xəstəlikdir. Çünki bu xəstəlik sənin imamına, Rəbbinə olan məhəbbətinə təsir edir, çünki bu halda olan (bundan Allah sığınırıq) Allaha etiraz edən və Onu qınayandır. Alllaha deyir ki, “Nə üçün belə iş görmüsən?!”, “Nə üçün filankəsi zəngin, filankəsi kasıb etmisən?!”, “Nə üçün filankəsi izzətli, filankəsi zəlil etmisən?!”. Həsədçi (paxıl) Allahın qəza və qədərinə müdaxilə etmək istəyir.Buna görə də, həsəd (paxıllıq) təhlükəli xəstəlikdir. (Şeyx Muhəmməd Əmən Cəmi)
*Həsəd haqqında Qurandan
Uca Allah buyurur:
وَلاَ تَتَمَنَّوْاْ مَا فَضَّلَ اللّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُواْ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ وَاسْأَلُواْ اللّهَ مِن فَضْلِهِ إِنَّ اللّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir. Nisa, 32
Böyük təfsirçi Qurtubi rahiməhullah bu ayə haqqında belə demişdir:
Həsəd məzəmmət olunub, həsəd edənin halı isə acınacaqlıdır. O, (həsəd) savabları atəşin odunu yediyi kimi yeyir. Deyilir ki, həsəd həm səmada, həm də yerdə Allaha qarşı edilmiş ilk günahdır. Səmada edilənə gəlincə iblis Adəmə həsəd etmiş, yerdə edilənə gəlincə isə Qabil Habilə həsəd etmişdir.
Əl-Cəmiu liəhkəmil Quran, 5/ 250
Uca Allah ﷻ belə buyurur:
{ قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ }
Yəqub dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. (Yusuf, 5)
Şeyxulislam İbn Teymiyyə (rahiməhullah) belə demişdir:
Bu ayə dəlalət edir ki, birinin həsəd etməsindən və hiyləsindən qorxulursa, bu zaman neməti izhar etməyi tərk etmək icazəlidir. Həsəd olunanın həsəd edənin həsədindən salamat qalmaq üçün neməti gizlətməkdən başqa yolu yoxdur.
Fətava, 15/18.
Hədis:
Peyğəmbər ﷺ buyurmuşdur :
İnsanlar bir-birinə həsəd etmədikcə xeyir üzərində olmağa davam edəcəklər.
Silsilətus Sahihə, 3386
Həsəd haqqında alimlərdən sözlər:
Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir:
Bunu bir düşün:
Qəlbi çirkinləşdirən təkəbbürlük və həsəd orada olduqca həmin yerə imanın həqiqətləri daxil ola bilməz.
Məcmul Fətava, 13/242
Həmçinin belə demişdir:
Həsəd nəfsin xəstəliklərindən biridir. O, çoxlarının xəstəliyidir. Az insanlar ondan qurtula bilirlər. Ona görə də belə deyilir:
Hər insanda həsəd olur. Lakin rəzil insan onu ortaya çıxarar, möhtərəm insan isə onu gizlədər.
Məcmul Fətava, 10/124.
Hafiz İbn AbdilBərr (Allah ona rəhm etsin) belə demişdir:
İnsaf (adillik) qapısını bağlayan və insafın (adilliyin) gözəlliyindən sapdıran həsəddən Allaha sığınırıq.
Ət-Təshil, 1/5.
Böyük alim İbn Hibban (Allah ona rəhm etsin) belə demişdir:
Həsəd rəzillərin əxlaqından, onu tərk etmək isə möhtərəmlərin əməllərindəndir. Hər bir alov sönər, həsədin alovu isə sönməz.
Rovdatul Uqalə, 134.
Şeyx Abdullah Buxari (Allah onu qorusun) belə deyir:
Həsəd öldürücü və əsəbpozucu xəstəlikdir. Səni xeyir yollarından yayındırır. Həsəd səni elə edir ki, Zeydin, Amrın, Bəkrin, filankəsin ardınca düşməyə başlayırsan. "Niyə filankəsdə bu var, məndə yoxdur"?! "Bunda bu var", "Onda bu var". İnsanların ardınca düşməklə özünü xeyirli və faydalı şeylərdən məhrum edirsən.
Öz nəfsini bu xəstəlikdən qorumaq üçün çox çalış. Onu özündən uzaqlaşdır.
Ey qardaşım, qəlbini təmizlə.
📼 Qəlb xəstəliklərinin müalicəsi
Şeyx Saleh Ali Şeyx (Allah onu qorusun) belə deyir:
Səndən daha yaxşı əzbər bilənə və ya səndən daha elmli birinə və ya insanlara səndən daha faydalı birinə həsəd etmə. Əksinə o kimsənin Uca Allahın haqqını və insanların haqqını yerinə yetirməsinə görə sevin.
Tariq iləl nubuğul ilmi, səh. 115.
Həsəd insanı qeybətə aparır.
Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir:
Bəzi insanlar vardır ki, həsəd onları qeybətə aparır və beləcə də iki çirkin şeyi olan qeybət və həsədi bir yerdə etmiş olurlar.
Məcmul Fətava, 28/238
Kafirə həsəd etmək olarmı?
Şeyx İbn Useymin (Allah ona rəhm etsin) belə demişdir:
Kafirə belə həsəd etmək olmaz, çünki həsəd etmək Allahın qəza və qədərinə etiraz etməkdən bir növdür.
Şərhul Buxari, 1/276
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha