Alimlərin ölümü müsibətdir | Şeyx Abdullah Buxari

Alimlərin ölümü müsibətdir | Şeyx Abdullah Buxari

Şeyx Abdullah Buxari 

Alimlərin ölümü əvəzolunmaz bir itki, ümmət üçün müsibət və böyük bir faciədir. Bunun qədrini isə yalnız elmin həqiqətini, elmin və alimlərin pak şəriətdə olan dəyərini bilən başa düşər. Ey qardaşım, Allah sənə bərəkət versin. Peyğəmbər Əbu Davudun, Tirmizinin, İbn Macənin və başqalarının həsən isnadla rəvayət etdiyi hədisdə belə deyir: “Həqiqətən, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoyarlar, onlar yalnız elm miras qoyarlar. Kim onu (o elmi) əldə etsə, böyük bir pay (xeyir) əldə etmiş olar”.
Dinar və dirhəm miras qoymazlar, onlar yalnız elm miras qoyarlar. İmam Dərimi (rahiməhullah) Sunən əsərində bu əsəri rəvayət edir: “Səid ibn Cubeyrdən (rahiməhullah) soruşuldu: “İnsanların həlak olmasının əlaməti nədir?”

Suala diqqət et! Ondan “İnsanların həlak olmas
ının əlaməti nədir?- deyə soruşuldu. O dedi: “İnsanlar alimləri öldüyü zaman həlak olarlar.

üçün? Çünki alimlər insanlara haqqı və doğru yolu göstərən kimsələrdir. Bu suyu içmək olarmı, yoxsa olmazmı - necə biləcəksən? Sən alış-verişdə, bir şeyi verib verməməkdə, həcc və ümrə etməkdə, orucda, zəkatda, nigahda, boşanmada, miras məsələsində, hədd məsələlərində, qanbahası məsələsində və hənif şəriətin başqa məsələlərində nəyin icazəli olub olmamasını necə biləcəksən? Bunları kim bəyan edir? Bunları ancaq doğru yol üzərində olan Sünnə alimləri bəyan edirlər.

Səid
İbn Cubeyr belə dedi: “İnsanlar alimləri öldüyü zaman həlak olarlar. Burada alimlərin ölməyinin iki mənası var:
- Birinci məna - əvvəldə ke
çdiyi kimi alimin həqiqi mənada vəfat etməsidir.
- Burada, həm
çinin gizli məna da var. O da alimlər insanların arasında mövcud olduqları halda insanların onlara gedən yolunun kəsilməsidir. Beləcə, insanları Sünnə alimlərindən uzaqlaşdırırlar.

Youtube 
linki.