Misvakın əhəmiyyəti

Misvakın əhəmiyyəti

Misvak haqqında bəzi hədislər


Rasulullah ﷺ  belə buyurmuşdur:

Əgər ümmətimə ağır gəlməsəydi, onlara hər namaz vaxtında misvakla təmizlənməyi əmr edərdim.

Bax: Buxari, 887.


Rasulullah ﷺ  belə buyurmuşdur:

Misvakdan istifadə etməklə əmr olundum, hətta (misvakdan çox istifadə etməyə görə) dişlərimin əriməsindən qorxdum.

Bax: Sahihul Cəmi, 1377.


Rasulullah ﷺ  belə buyurmuşdur:

Misvakdan istifadə edin. Misvak- ağzın təmizliyi, Rəhmanın razılığıdır.

Bax: Silsilə Sahihə, 2517.


• ═══ ❁✿❁═══ •


•Misvak barədə yüzdən çox hədis gəlmişdir.


Böyük alim İbn Muləqqin (Allah ona rəhmət eləsin) belə demişdir:

Misvak barədə yüzdən çox hədis varid olmuşdur.

Bax: Əl-Bədrul Munir, 2/68


• Misvak tilavəti ədəbindəndir


Əli İbn Əbu Talib (Allah ondan razı olsun) belə demişdir:

Həqiqətən, ağızlarınız Quranın yollarıdır (yəni Quran oxuyursunuz), elə isə onu (ağzınızı) misvakla təmizləyin.

Bax: "Sunən ibn Məcə", 291.

Hafiz Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir:

Quran oxumaq istəyənə yaraşan odur ki, ağzını misvak və digər şeylərlə təmizləsin.

Bax: "Ət-Tibyən, 72."


• Misvakdan istifadə edilərək qılınan namaz 


Şeyx Abdullah Quseyr (Allah onu qorusun) belə deyir:

Misvakdan istifadə olunaraq qılınan namaz alimlərin icması ilə misvakdan istifadə olunmadan qılınan namazdan daha fəzilətlidir....

Şərh Hilyə Talibil İlm, 2/7.


Hazırladı: Samiq Mustafayev