Ana bətnində ölən körpənin əhkamları

Ana bətnində ölən körpənin əhkamları


Bismilləh.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin (Ona Allahın salavatı və salamı olsun) bizə belə buyurduğunu rəvayət edir: 

“Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində nütfə halında cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: 

“Əməlini, əcəlini, ruzisini, xoşbəxt və ya bədbəxt olacağını yaz!” 

Bax: Buxari, 3208.

Hədisdən göründüyü kimi körpənin ana bətnindəki bu halı yüz iyirmi gün ərzində olur. Qırx gün nütfə halında, qırx gün qan laxtası, qırx gün də ət parçası olur. Yüz iyirmi gündən sonra ruh üfürülür, daxil olur cismə, hərəkət etməyə başlayır və insan olur.

Əgər körpə yüz iyirmi gün tamamlanmadan öncə düşərsə və ya inkişafdan dayanarsa, bu zaman ona ölən insanın əhkamları tətbiq olunmur, yuyulmur, cənazə namazı qılınmır, sadəcə torpağa dəfn olunur. (müsəlman qəbirstanlığı olması şərt deyil)

Yüz iyirmi gün, yəni dörd ay tamamlandıqdan sonra həmin körpə insan olur və bu halda düşərsə və ya inkişafdan qalarsa, bu zaman o, yuyulur, kəfənlənir, cənazə namazı qılınır, hətta əl qədər (boyda) olsa belə.. Əgər müsəlmandırsa (ana-atası), müsəlman qəbirstanlığında dəfn olunur.

Amma xristianların övladlarındandırsa, yəni atası və anası xristiandırsa, müsəlman qəbiristanlığında dəfn olunmur, yuyulmur və kəfənlənmir. Çünki Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) müşriklərin övladları barəsində soruşduqda belə dedi:

"Onlar elə onlardandır".

Bax: Buxari, 3012.

Mənbə: Şeyx İbn Useymin "Şərh Riyadus Salihin", 3/290, 291.

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha.