Bismilləh.
Dəstəmaz alarkən boyuna məsh çəkmək müstəhəb deyil. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin belə etdiyi sabit olmamışdır.
Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir:
Dəstəmaz alarkən boyuna məsh çəkmək haqqında Peyğəmbərimiz sallallâhu aleyhi və səlləmdən səhih bir şey gəlməmişdir. Əksinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dəstəməz almağı necəliyini barədə gələn rəvayətlərdə boyuna məsh etmək yoxdur. Buna görə də cumhur alimlər bunu müstəhəb saymamışlar.
Bax: Məcmul Fətava, 21/127.
Böyük alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir
Qətiyyən Peyğəmbər sallallahu aleyhi və səlləmdən boyuna məsh çəkmək barədə səhih bir şey gəlməmişdir.
Bax: Zadul Məad, 1/195.
Şeyx İbn Bəz (Allah ona rəhm etsin) belə demişdir:
Dəstəmaz alarkən boyuna məsh çəkmək, nə müstəhəbdir, nə də məşrudur. Dəstəmaz alarkən yalnız başa və qulaqlara məsh çəkilir. Kitab (Quran) və Sünnə də elə buna dəlalət edir.
Bax: Məcmul Fətava, 10/102.
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha