Boşanmaq məsələsində səhlənkarlıq edənlərə nəsihət
Onlar nəsihət edirəm ki, İslam şəriətinə bağlı olsunlar, Allahın qoyduğu hüdudları qorusunlar, o hüdudları aşmasınlar, Allahın ayələrini oyun-oyuncaq etməsinlər.
Uca Allah ﷻ "Bəqərə" surəsində belə buyurur:
وَلَا تَتَّخِذُوۤا۟ ءَایَـٰتِ ٱللَّهِ هُزُوࣰاۚ
Allahın ayələrini oyun-oyuncaq etməyin (məsxərəyə qoymayın). (Bəqərə, 231)
Bu evlilik və boşanma barədədir. Şəriətdə olan doğru nigah İslamda çox dəyərli bir şeydir. Ona ehtiram göstərmək vacibdir. Səfehlər ondan pis məqsədlərlə istifadə etməsinlər. O nigah ki, Allahın kitabına və Rəsulullahın ﷺ sünnəsinə müvafiq olan nigahdır.
Bu nigah üzərində əhdlər dayanır. Əhd məsələlərinə ehtiram göstərmək vacibdir. Bu nigah, Allah kitabında və Rəsulullahın ﷺ sünnəsində olduğu kimi yerinə yetirilməlidir.
Uca Allah ﷻ boşanmanı hüdudlandırmış və belə buyurmuşdur:
{ ٱلطَّلَـٰقُ مَرَّتَانِۖ فَإِمۡسَاكُۢ بِمَعۡرُوفٍ أَوۡ تَسۡرِیحُۢ بِإِحۡسَـٰنࣲۗ }
Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. (Bəqərə, 229)
Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə əvvəlki ərinə halal olmaz.
Evliliyin və boşanmanın hökmü budur! Onun şərtləri və hüdudları var. Bizə Allahın hüdudlarına ehtiram göstərmək vacibdir. Biz gərək nə evlilikdə, nə boşanmaqda, nə də başqa məsələlərdə Allahın şəriətinə və əhkamlarına müxalif olmayaq.
Şeyx Rabi Mədxali, "Əz-Zəria", 3/522.