Məhərrəm ayı əzəmətli aydır. Bu ay, Allahın döyüşməyi qadağan etdiyi haram aylardandır. Bu aylar Zil-Qadə, Zil-Hiccə və Məhərrəm ayı ard ardadır və Rəcəb ayı isə təkdir.
Uca Allah buyurur:
Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır. (Tövbə, 36)
Uca Allah bu aylarda döyüşməyi qadağa edib. O da bu, aylardır. Onlardan biri də, Məhərrəm ayıdır.
Peyğəmbər ﷺ belə buyurmuşdur:
Ramazan orucundan sonra ən fəzilətli oruc, Allahın ayı Məhərrəmin orucudur və ya Məhərrəm olaraq adlandırdığınız Allahın ayının orucudur.
Hədisin zahirindən görünən odur ki, bu ayın hamısını və ya əksəriyyətini oruc tutmaqda bir qəbahət yoxdur. Bu günlərdən də daha təkid olunanı doqquzuncu və onuncu günüdür. Onuncu gün Aşura günüdür. Əgər insan Aşura günü oruc tutarsa, Peyğəmbərin əmrinə əsasən bir gün əvvəl və ya bir gün sonra da oruc tutmalıdır.
Böyük alim Saleh Fovzanın (Allah onu qorusun) səs yazısından