Qadınların Cihadı

Qadınların Cihadı


Peyğəmbər ﷺ bir qadına belə demişdir:

Otur! İnsanlar deməsinlər ki, Muhəmməd qadınla birgə cihada çıxır.

Bax: Silsilə Sahihə, 2887.  


Başqa hədisdə möminlərin anası Aişə (Allah ondan razı olsun) soruşur: 

Ey Allahın Rəsulu, qadınlar da cihad edirlərmi?

O, dedi: Bəli, onlar üçün döyüşsüz cihad vardır. Bu, həcc və ümrədir.

Bax: Sünən İbn Macə, 2901.


Böyük səhabə İbn Abbasdan (Allah ondan və atasından razı olsun) gələn rəvayətdə isə o, belə deyir:

Peyğəmbər ﷺ qadınları döyüşə aparar, onlar isə yaralı olanları müalicə edərdilər. 

Bax: Muslim, 1812.