"Dünya lənətlənib" nə deməkdir?

"Dünya lənətlənib" nə deməkdir?


Dünya və onun içindəkilər lənətlənib 

Sual: Bu sual bizə Ərəbistanın Yəmən bölgəsindən Heydər- Əli- Əhməd Qahavi tərəfindən göndərilib və o, belə deyir: 

Mən cümə xütbəsində Peyğəmbərdən ﷺ gələn belə bir hədis eşitdim ki, o deyir: 

"Alim, elm öyrənən, Allahı zikr etmək və Allahı zikr etməyə yardım edən şeylərdən başqa dünya və onun içindəkilər lənətlənib".

Sizdən bir lütf olaraq bu hədisi qısa olaraq şərh etməyinizi istəyirik. Məgər Uca Allahın yaratdığı hərşey lənətlənibmi yoxsa bu necə olur?

Şeyx İbn Bəz 

Cavab: Hədisin sənədində və ləfzində bir şey yoxdur (səhihdir). Dünya və onun içindəkilər lənətlənib, yəni onda olanlar. Yalnız Allahı zikr etmək və ona yardım edən şeylər, alim və elm öyrənən bu lənətdən kənardadır.

 Mənası odur ki; Lənət, yəni qınamaq. Yəni dünya məzəmmət olunub. Lənət qınamaq deməkdir. Uca Allahın sözündən:

Quranda lənətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı...

İsra 60

Yəni məzəmmət olunmuş, çünki Allah onun barəsində belə deyir:

Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı, günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su qaynayan kimi!
Duxan 43,46

Allah onu məzəmmət etmişdir. Burada lənət qınaq mənasındadır, yəni dünya məzəmmət olunub, çünki dünyada olanların çoxu dünyəvi şeylərlə məşğul olub axirətdən yayınırlar. 

Həmçinin dünya öz bər-bəzəyi və şəhvətləri ilə axirətdən uzaqlaşdırır. Dünya və onun içindəkilər də məzəmmət olunub.

 Yalnız Quranı oxumaq, təsbih etmək (SubhənAllah demək), təhlil etmək (lə iləhə illəllah demək) kimi şeylərlə Allahı zikir etmək bu məzəmmətdən kənardadır. Həmçinin qəlblərdə Allahı zikir etmək, onu təzim etmək (ucaltmaq), Allaha itaət etmək və Ona asi olan şeylərdən çəkinmək kimi Allahı təzim etməyə kömək edən şeylər də bu məzəmmətə aid deyildir. Məhz budur mədh olunub (tərif edilib) məzəmmət olunmayan (qınanılmayan).

 Beləcə də mömin kişi və qadınlar aşağıdakı gəldiyi kimi Allah zikir edərlər, çünki onlar Allahı zikir edən camaatdır və onlar Allahı zikir etməyi yerinə yetirərlər. 

 Həmçinin alimlər və elm tələb edənlər məhz onlar möminlər içərisində xüsusi bir camaatdır. Möminlər, müsəlmanlar, şəriət alimləri və şəriəti öyrənən elm tələbələri- onların hamısı bu məzəmmətdən kənardadır.

Dünya və onun içindəkilər: Allahdan və axirət diyarından uzaqlaşdıran hər şey məzəmmət olunmuşdur.

 Amma Allahı zikr etməyə, axirət diyarını xatırlamağa, Allaha və Rəsuluna itaət etməyə, Allah qarşı olan asilikləri tərk etməyə aid olan əməllər isə belə deyildir. 

Həmçinin mömin kişi və qadınlar da belədir, çünki məhz onlar Allahın qulları, Allahın qulları içində islah edənlər və ən xeyirli olanlardır.

 Həmçinin onlar Allahın zikrinə yaxın olan, onu yerinə yetirən, onun ilə əməl edənlərdir və onlar bu məzəmmətə daxil olmurlar. 

Həmçinin şəriət elmini bilən, Allaha tərəf çağıran, insanlara haqqı göstərən alimlər də belədir. Beləcə də şərii elm tələbələri- onlar da bu məzəmmətə daxil olmurlar və onlar iman əhlindən, Allahı zikr edənlər içərisində xüsusi bir camaatdır. 

Bununla da aydın olur ki, namaz, oruc kimi Allahı zikr etmək, təsbih, təhlil kimi gözəl kəlimələr, Quran oxumaq və buna bənzər şeylərin heç biri bu məzəmmətə daxil olmur. Həmçinin qulların öz Rəbbinə itaətlərini yerinə yetirmələri, Ona qarşı olan asiliklərini tərk etmələri- bunların heç biri bu məzəmmətə daxil deyildir.

Çünki onlar Allaha itaət edən camaat və Ona iman gətirənlərdir. Onlar Allahı zikir etməyə yardım edənlərdir.

 Həmçinin elm və əmələ möhkəm yapışan alimlər, Allahın şəriətini öyrənən tələbələr və Ona çağıran dəvətçilər- onların hamısı möminlər içində xüsusi bir camaatdır və onların heç biri bu məzəmmətə daxil deyildir. Müvəffəqiyyət Allahdandır.

Sual verən: Allah sizi mükafatlandırsın.