İslamın iki dayağı

İslamın iki dayağı

İslamın iki dayağı

“Düzgün anlayış (fəhm) (sağlam qavrayış) və gözəl niyyət Allahın Öz quluna bəxş etdiyi ən böyük nemətlərdəndir. Hətta bir qula İslamdan sonra verilən nemətlər arasında bunlardan daha üstün və daha dəyərlisi verilməmişdir. Əksinə, bu ikisi İslamın iki dayağıdır və İslam onların üzərində dayanır.

 

Qul məhz bu iki xüsusiyyət sayəsində niyyətləri pozulmuş, Allahın qəzəbinə düçar olanların yolundan və anlayışları pozulmuş azğınların yolundan ayrılır. Beləcə, anlayışları və niyyətləri gözəl olan, Allahın nemət verdiyi kəslərdən olur. Onlar da doğru yolun əhlidir. Bizə hər namazda Allahdan bizi onların yoluna hidayət etməsini istəmək əmr edilmişdir.”

 

📚 Böyük alim İbn Qeyyim "İləmul Muvəqqiin", 2/164.

 

Düzgün anlayış (صحة الفهم) – Quranı və Sünnəni doğru başa düşmək, dini doğru şəkildə öyrənmək.

Gözəl niyyət (حسن القصد) – Bütün əməlləri yalnız Allahın rizası üçün etmək, ixlaslı olmaq.

 

Bildirir ki, bu iki xüsusiyyət İslamın üzərində dayandığı iki sütun kimidir.

 

Əgər niyyət pozularsa, insan həqiqəti bilsə belə, ona əməl etməz. Bu, Allahın qəzəbinə düçar olanların yoludur.

Əgər fəhm (anlayış) pozularsa, niyyəti yaxşı olsa belə, dini yanlış başa düşdüyünə görə azğınlığa düşər. Bu, azğınların yoludur.

Həm doğru fəhm (anlayış), həm də ixlaslı niyyət bir araya gəldikdə isə insan Allahın nemət verdiyi kəslərin – doğru yol əhlinin yolunda olar.

 

Buna görə də biz hər namazda “Bizi doğru yola yönəlt” deyə dua edərkən, əslində Allahdan həm dini doğru başa düşməyi, həm də Ona ixlasla ibadət etməyi istəyirik.