Rasulullah ﷺ belə buyurmuşdur:
–Mən yuxuda ikən iki kişi yanıma gəldi və çiyinlərimdən tutub məni çıxmaq mümkün olmayan dağa apardılar və “Çıx!”- dedilər.
–“Mənim buna gücüm çatmaz”- dedim.
–“Biz bunu sənin üçün asanlaşdırarıq”- dedilər.
–Sonra mən çıxdım. Dağın ortasına gəldikdə birdən şiddətli səslər eşitdim: “Bu nə səslərdir?”- dedim.
–“Bu, cəhənnəm əhlinin səsidir (ulaşmasıdır)”- dedilər.
–Sonra məni apardılar. Bir də ayaqlarından asılmış, ağızları cırılmış halda, ağızlarından qanları axan bir camaat gördüm: “Bunlar kimdir?”- dedim.
–“İftar vaxtından əvvəl oruclarını açanlardır"- dedilər.
Səhih tərğib, 1005
Şeyx Albani (rahiməhullah) belə demişdir:
Bu cəza oruc tutub sonra iftar vaxtı daxil olmadan öncə bilərək orucunu açanlar haqqındadır. Bəs heç tutmayanların halı necə olsun?!
Allahdan dünya və axirətdə afiyət və salamatlıq istəyirik.
Silsilə Sahihə, 3951