Bismilləh.
Şəkk yoxdur ki, tərsinə (arxadan) əlaqəyə girmək haramdır, hətta öz həyat yoldaşı ilə olsa belə. Kiçik küfrdür, dindən çıxarmır, əgər halal görüb etsələr bu zaman böyük küfr olur və dindən çıxarır.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:
Kim qadınla tərsinə (arxadan) əlaqəyə girərsə, Muhəmmədə nazil olanı inkar etmiş olar. (İbn Macə,936)
Başqa hədisdə belə buyurmuşdur:
Qadınla tərsinə (arxadan) əlaqəyə girən məlundur (lənətlənmiş biridir) (Əbu Davud, 2162)
Həmçinin belə buyurmuşdur:
Allah qadınla tərsinə (arxadan) əlaqəyə girən kişinin üzünə baxmaz. (İbn Macə, 1923)
Hədislərdən göründüyü kimi bu əməl necə təhlükəli, iyrənc bir əməldir. Allaha sığınırıq. Bu hədislərə öz həyat yoldaşı ilə edən də daxildir. Bəs başqası ilə edən necə?!
Yad qadınla öndən və ya tərsinə (arxadan) əlaqəyə girmək münkər, murdar bir əməldir, zinadır və hədd cəzası vacib olur.
İbn Qudamə (Allah ona rəhm etsin) belə demişdir:
Zina yad biriylə cinsi əlaqəyə girməkdir, öndən və ya tərsinə (arxadan) əlaqəyə girməyin fərqi yoxdur.
Bu barədə elm əhli ixtilaf etməmişlər.
Uca Allaha səmimi tövbə etsinlər. Allah bütün müsəlmanları bu cür münkər əməllərdən qorusun.
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha