Namaz haqqında hədis
- 775
Mərhəmətli və Rəhmli
Allahın adı ilə.
Ölümü xatırlamaqda məqsəd onun üçün hazırlaşmaqdır. Bu da insanın tövbə etməyə
tələsməyinə və saleh əməlləri artırmağına səbəb
olur. Rasulullah ﷺ belə buyurmuşdur: “Ləzzətləri dağıdan (parça-parça edən) ölümü tez-tez xatırlayın.” (“Sahihul Cəmi”, 1210)
Həmçinin Rasulullah ﷺ belə buyurmuşdur: “Möminlərin ən fəzilətlisi (üstünü) əxlaqı ən gözəl olan, onların ən
ağıllısı isə ölümü ən çox xatırlayan və onun üçün hazırlıq görəndir. Ağıllılar
məhz bunlardır.” (“Silsilə Sahihə”, 1384)
Qurtubi “Təzkira” adlı kitabında deyir: “Alimlər belə deyərdilər: “Ölümü xatırlamaq günahlara mane
olur, sərt qəlbi yumşaldır, dünya ilə sevinməyi aparır və onun (dünyanın)
müsibətlərini yüngülləşdirir.”
Qurtubi bu kitabda həmçinin deyir: “Əd-Dəqqaq belə
deyərdi: “Kim ölümü xatırlamağı çoxaldarsa, üç şeylə ucaldırılar: tövbə
etməkdə tələsməklə, qəlbin rahatlığı ilə və ibadətdə çalışqan olmaqla.”
Səid ibn Cubeyr və Rabi ibn Əbi Raşid (rahiməhumullah) belə deyərdilər: “Əgər ölümü zikr etmək
qəlblərimizdən bir saat ayrılarsa, qəlblərimiz məhv olar.” (İbn Rəcəb “Məcmuatu Rasəil”, səh. 265)
Mərvəzi (rahiməhullah) belə demişdir: “Əbu Abdilləh, yəni Əhməd ibn Hənbəl ölümü xatırladıqda göz yaşlarına
boğulardı.” (“Əs-Siyər”,
11/215)
Ata İbn Səib (rahiməhullah) belə demişdir: “Ömər ibn AbdulAziz hər gecə fəqihləri (alimləri) toplayar, ölümü,
qiyaməti və axirəti xatırlayaraq ağlayardılar.” (“Siyər”, 5/138)
Hazırladı:
Samiq Mustafayev.