Dünya möminin zindanıdır.

Dünya möminin zindanıdır.


Şeyx İbn Useymin (rahiməhullah) belə demişdir:

Bu hədisin mənası dünya nə qədər rahatlığı çoxalsa, günləri xoş keçsə və məskənləri görkəmli olsa da, o, yenə də mömin üçün zindan yerindədir. Çünki mömin ən əfzəl, ən kamil və ən uca olan əbədiyyətə (Cənnətə) can atır. Amma kafir üçün isə, o (dünya), onun Cənnətidir. Çünki o, axirəti unudaraq dünyada rahatlıqdadır (yəni rahat yeyir, içir və s.) Onlar Uca olan Allahın dediyi kimi olurlar:

“Fəthul Bəri” kitabının sahibi və öz zamanında Misirin qazilərindən biri olan İbn Həcər əl-Əsqalanidən (rahiməhullah) rəvayət olunur ki, o, bir gün minikdə (at arabasında) bazardan keçdikdə yəhudilərdən olan bir kişi onu saxladı və o “vallahi, sizin peyğəmbəriniz deyirdi ki, dünya möminin zindanı, kafirin isə Cənnətidir”. Bu necə olur ki, sən zənginlik (bolluq) içində və hörmət sahibisən. O yəhudi isə ( yəni özünü qəsd edir) kafir olduğu halda kasıblıq və ehtiyac içindədir. Bu necə olur?”
İbn Həcər (rahiməhullah) ona belə cavab verir: “Mən sənin gördüyün zəngin və xidmət edilən olsam da, bu mənim üçün möminin Cənnətdəki rahatlığına nisbətdə zindan kimidir. Sənin üçün isə dünyada bu kasıblıq və zəlillikdə kafirin Cəhənnəmə atılması ilə nisbətdə Cənnətdəki kimisən.”

وَٱلَّذِینَ كَفَرُوا۟ یَتَمَتَّعُونَ وَیَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَـٰمُ وَٱلنَّارُ مَثۡوࣰى لَّهُمۡ
Kafir olanlar isə heyvanların yedikləri kimi yeyib həzz alarlar. Onların yaşacaqları yer Cəhənnəmdir”. (“Muhəmməd”, 12)

Kafir öldüyü zaman qarşısında oddan başqa bir şey tapmayacaq. Sığınacaq Allahadır. Onun üçün od vardır. Buna görə də, dünya və içindəki sıxıntı, kədər, üzüntü və nigaranlıq kafir üçün Cənnətdir. Çünki o, bu Cənnətdən Cəhənnəm əzabına gedir. Sığınacaq Allahadır. Beləcə də, dünya onun üçün Cənnət yerindədir.
Yəhudi bu sözə təəccübləndi və haqqın şəhadəti ilə şəhadət verdi və “Mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın Rasuludur” dedi.

Mənbə: “Fətavə Nurun aləd Dərb”, 64/111.

Hazırladı: Samiq Mustafayev.