Allah özünə şərik qoşulmasını əsla bağışlamaz ayəsinin izahı
- 281
Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:
Bir şəxsin İslamının gözəlliyindən- onu maraqlandırmayan (aid olmayan) şeyləri tərk etməsidir.
Bax: Səhih Tirmizi, 2317
Sən harada işləyirsən?
Harada idin?
Nə vaxt gəldin?
Hara gedirsən?
Nə vaxt evlənəcəksən?
Nə vaxt övlad sahibi olacaqsan?
Maaşın nə qədərdir?
Maşının neçəyədir?
Amr İbn AbduQeys (Allah ona rəhm etsin) belə demişdir:
Səni maraqlandırmayan (aid olmayan) şeylərlə maraqlanmamağın gərəkdiyini ağıl edə bilən ağlın varsa, bu sənin ağıllı insan olduğunu göstərir.
Bax: İbn Əbu Dunyə "Əl-Əqlu və fadluhu", 42.
Həsən Əl-Bəsridən (Allah ona rəhm etsin) belə dediyi rəvayət olunur:
Uca Allahın quldan üz döndərməsinin əlamətlərindən biri də, onu özünə aid olmayan şeylərlə məşğul etməsidir.
Bax: Cəmiu Ulum və Hikəm, səh.316
Bu, çoxlarına çətin gələn şeydir
Muvərriq əl-İcliyyi (Allah ona rəhm etsin) belə demişdir:
Mən bir məsələni 10 il axtardım, onu əldə edə bilmədim və onu axtarmağı heç vaxt tərk edən deyiləm.
Əl-Mulə ibn Ziyad dedi:
O nədir ? - ey Mutəmirin atası..
O dedi:
Mənə aid olmayan şeylər barəsində susmaq.
Bax: İbn Səd "Tabaqat", 7/213.
Köksün açılma səbəblərindən
İmam Şafi (Allah ona rəhm etsin) belə demişdir:
Kim Allahın onun qəlbini açması və nurlandırmasını istəyirsə, özünə aid olmayan şeyləri danışmağı tərk etsin.
Bax: Məcmu, 1/41
İmam Malik (Allah ona rəhm etsin) belə demişdir:
İnsan özünə aid olmayan şeyləri tərk etmədikcə islah olmaz. Əgər insan özünə aid olmayan şeyləri tərk edərsə, Allah onun qəlbini tezliklə açar.
Bax: Tərtibul Mədərik, 2/64
Böyük alim İbn Batta Əl-Ukbəri (Allah ona rəhm etsin) belə demişdir:
Həqiqətən, insanlar içində nəfsini ən çox qoruyanlar:Dilini ən çox qoruyanlarDini ilə daha çox məşğul olanlarvə özlərinə aid olmayan şeyləri ən çox tərk edənlərdir
Bax: İbanə Kubra, 2/596
Özünü sənə aid olmayan şeylərlə məşğul etmə
İmam İbn Qeyyim (Allah ona rəhm etsin) demişdir:
“Ən faydalı dərman – nəfsini sənə aid olan şeylər barədə düşünməklə məşğul etməkdir, sənə aid olmayan şeylərlə məşğul etməməkdir. Çünki insanın ona aid olmayan şeylər barədə düşünməyi hər bir şərin qapısıdır. Kim özünü aid olmayan şeylər barədə düşünməklə məşğul edərsə, onu maraqlandıran faydalı şeylərdən geri qalar və ən faydalı işlərdən onu heç bir faydası olmayan şeylərə yönəldər.”
Bax: əl-Fəvaid, 256