Boynunda oruc ölənin halı

Boynunda oruc ölənin halı

Aişə anamız (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur:

"Kim orucu ödəmədən vəfat edibsə, vəlisi onun yerinə oruc tutmalıdır".

Buxari, 1952 ; Muslim 1147

Şərh (Şeyx Ubeyd Cəbiri):

Orucu ödəmədən vəfat edən kimsənin iki halı var:

Birincisi: Səhlənkarlıq halı. 
Onun orucları qəza etməyə imkanı var idi, lakin səhlənkarlıq etdi. Məsələn, xəstə idi, sağaldı, səfərdə idi, qayıtdı və.s Bu, səhlənkar insandır. Onun yerinə vəlisi oruc tutur, çünki bu, borcdur. Vəlisi, yəni yoldaşı, oğulları, qızları.
 Hətta onlar öz aralarında bölüşərək də  tuta bilərlər, lakin hamısı eyni gündə tutmasınlar.

İkincisi: Orucu tutmağa imkanı olmayan. İşinə və.s görə ardıcıl çoxlu səfərlər edən və tutmağa imkanı olmayan və ya xəstəliyi uzun çəkən və bu halda ölən. Belə olan kəsin vəlilərinə onun yerinə oruc tutmaq vacib deyil.

Bəzi alimlər (İmam Əhməd) deyirlər ki, bu, nəzir orucuna aiddir.

Cavab:

Burada ümumi olaraq orucu ödəmədən vəfat edən kəsdən söhbət gedir. Nəzir orucuna xüsusiləsdirmək doğru deyil. O, başqa hədisdə gəlir.