Nərd oynamağın hökmü
- 816
Diqqət edin! Bu çox vacib bir məsələdir!
Allah tövhidin üç qismini Quranda ilk surə olan Fatihə surəsinin əvvəlində zikr etmişdir:
1. "Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur." – Bu, Rübubiyyət tövhididir.
2. "O, Rəhmandır, Rəhimdir, din (Qiyamət) gününün sahibidir." – Bu, İsim və sifətlər tövhididir.
3. "Yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik." – Bu, Uluhiyyət tövhididir.
Alimlər buna əsasən demişlər ki:
"Tövhid üç qisimdir: Rübubiyyət tövhidi, Uluhiyyət tövhidi və İsim və sifətlər tövhidi."
Bu üç qisim Fatihə surəsinin əvvəlində zikr edilmişdir və eyni zamanda Quranda sonuncu surə olan Nas surəsində də zikr olunmuşdur:
1. "De: insanların Rəbbinə sığınıram!" – Bu, Rübubiyyət tövhididir.
2. "İnsanların Məlikinə!" – Bu, İsim və sifətlər tövhididir.
3. "İnsanların İlahına!" – Bu, Uluhiyyət tövhididir.
Hətta Allah bu üç qismi bir ayədə də zikr etmişdir. O ayə:
"O (Allah), göylərin, yerin və ikisi arasındakı şeylərin Rəbbidir. Ona ibadət et və Ona ibadət etmək üçün səbirli ol. Ona (Allaha) bir bənzər bilirsənmi?"
1. "(O, göylərin, yerin və ikisi arasındakı şeylərin Rəbbidir.)" – Bu, Rübubiyyət tövhididir.
2. "(Ona ibadət et.)" – Bu, Uluhiyyət tövhididir.
3. "(Ona (Allaha) bir bənzər bilirsənmi?)" – Bu, İsim və sifətlər tövhididir.
Məryəm, 65
Tövhidin üç qismə ayrılmasının batil bir bölgü olduğunu və bunun heç bir dəlilinin olmadığını iddia edənlər haradadırlar?
Onlar bu ayələrdən haradadırlar?!
Şeyx Saleh Fovzan