Uca Allah ﷻ belə buyurur:
{ إِنَّ ٱللَّهَ لَا یَغۡفِرُ أَن یُشۡرَكَ بِهِۦ وَیَغۡفِرُ مَا دُونَ ذَ ٰلِكَ لِمَن یَشَاۤءُۚ وَمَن یُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰۤ إِثۡمًا عَظِیمًا }
Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur.
Nisa, 48
Böyük təfsirçi Şinqiti (Allah ona rəhm etsin) belə buyurur:
Uca Allah bu ayədə Özünə şərik qoşulmasını bağışlamayacağını və bundan aşağı olan günahları istədiyinə bağışlayacağını, Allaha şərik qoşan kəsin böyük bir günah etməklə iftira atmış olduğunu buyurur. Başqa bir yerdə (ayədə) isə şərik qoşanın tövbə etmədiyi təqdirdə bağışlamayacağını, tövbə edərsə, bağışlayacağını buyurur:
{ إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا }
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa.
(Furqan, 70)
Buradakı istisna özündən əvvəlki ayəyə qayıdır:
{ وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا }
Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.
(Furqan, 68)
Başqa ayədə Uca Allah ﷻ belə buyurur:
{ قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ }
Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar.
(Ənfal, 38)
Başqa yerdə (ayədə) Allaha şərik qoşanın dərin bir zəlalətə (azğınlığa) düşdüyünü buyurur:
{ إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا }
Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
(Nisa, 116)
Başqa bir ayədə Allaha şərik qoşana cənnəti haram etdiyini və onun gedəcəyi yerin cəhənnəm olduğunu buyurur:
{ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ }
Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir.
(Maidə, 72)
Başqa ayədə buyurur:
{ وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلنَّارِ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَنۡ أَفِيضُواْ عَلَيۡنَا مِنَ ٱلۡمَآءِ أَوۡ مِمَّا رَزَقَكُمُ ٱللَّهُۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلۡكَٰفِرِينَ }
Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün.” Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir.”
(Əraf, 50)
Başqa yerdə (ayədə) şərik qoşanın xilasının (qurtulmağının) ümid olunmadığını buyurur:
{ حُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ }
ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.
(Həcc, 31)
Başqa yerdə (ayədə) Allah şərik qoşmağın böyük zülm olduğunu Loğmanın diliylə buyurur:
{ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ }
Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!
Loğman, 13
Başqa yerdə (ayədə) kamil əmin-amanlığın və hidayətin imanlarını şirkə qarışdırmayanlarda olduğunu buyurur:
{ ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ }
İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.
(Ənam, 82)
Peyğəmbərimizdən (Ona Allahın salavatı və salamı olsun) bu ayədəki zülm sözünün mənasının şirk olduğu səhih hədislər gəlmişdir.
Ədvaul Bəyan, 1/393, 394.
Sonra həmd olsun aləmlərin Rəbbi olan Allaha.