Ramazanda qadınlara nəsihət
- 1027
Bəla zamanı altı böyük baxış
“Qulun başına xoşuna gəlməyən bir hadisə gəldikdə, ona altı yöndən baxmalıdır:
1. Tövhid baxışı:
Bilməlidir ki, bunu təqdir edən, istəyən və yaradan Allahdır. Allahın istədiyi mütləq baş verər, istəmədiyi isə əsla baş verməz.
2. Ədalət baxışı:
Bilməlidir ki, Allahın onun barəsində verdiyi hökm tam ədalətə əsaslanır və Allah heç vaxt zülm etməz.
3. Rəhmət baxışı:
Dərk etməlidir ki, bu hadisədə də Allahın rəhməti vardır. Allahın rəhməti qəzəbini üstələyir və mömin üçün təqdir edilən hər bir işdə bir rəhmət payı mövcuddur.
4. Hikmət baxışı:
İnanmalıdır ki, Allah bu hadisəni boş yerə və ya mənasız olaraq təqdir etməmişdir. Əksinə, onun arxasında böyük bir hikmət vardır.
5. Həmd baxışı:
Bilməlidir ki, Allah hər bir halda həmdə layiqdir və bu hadisəyə görə də Ona həmd etmək lazımdır.
6. Qulluq baxışı:
Dərk etməlidir ki, o, hər yönü ilə Allahın quludur. Necə ki, Allahın dini hökmlərinə tabe olur, eləcə də Allahın qədəri hökmlərinə boyun əyməlidir. Çünki o, Allahın mülküdür və Rəbbinin təqdirləri onun üzərində icra olunur.”
Böyük alim İbn Qeyyim | Fəvaid, 46–47.