İbn Covzinin elmə olan hərisliyi
- 405
Qurani anlamaq və qəlbin təmizliyi
“Əgər onun (Quranın) səhifələrinə yalnız təmiz olanlar toxunursa, deməli onun mənaları ilə yalnız təmiz qəlblər hidayət tapar. Necə ki, mələk içində it olan bir evə daxil olmaz, eləcə də mələklərin sevdiyi mənalar, içində məzəmmət olunmuş ‘it xasiyyətləri’ olan bir qəlbə daxil olmaz.
Böyük İbn Teymiyyə | Məcmul Fətava, 5/552
“Sən Uca Allahın bu sözünü düşündükdə:
‘Həqiqətən, bu şərəfli bir Qurandır. Qorunan bir kitabdadır. Ona yalnız təmiz olanlar toxunar’ —
görərsən ki, bu ayə Peyğəmbərin ﷺ nübüvvətinə ən açıq dəlillərdəndir. Bu Quranın Allah tərəfindən gəldiyini və onu gətirənin pak bir ruh olduğunu göstərir. Pis ruhların ona yolu yoxdur.
Bu ayənin, ‘Onu şeytanlar endirməmişdir. Bu onlara nə yaraşar, nə də buna qadir olarlar’ ayəsi ilə eyni məzmunda olduğunu görərsən.
Həmçinin ayə açıq şəkildə göstərir ki, Mushafı yalnız təmiz olan toxunmalıdır. Daha incə bir mənada isə göstərir ki, onun şirinliyini və ləzzətini yalnız ona iman edib onunla əməl edənlər dadar. Necə ki, İmam Buxari bu ayədən belə anlayıb və “Səhih”ində demişdir:
‘Ona yalnız iman edən kəs toxunar’, yəni onun dadını və faydasını yalnız iman edən əldə edər.
Həmçinin, onu layiqincə daşıyan yalnız mömindir. Uca Allahın bu sözünə görə:
‘Tövratı daşıyıb sonra onunla əməl etməyənlərin misalı, kitab daşıyan uzunqulaq kimidir.’
Bundan da belə nəticə çıxır ki, Quranın həqiqi mənalarına yalnız təmiz qəlblər çatar və onu lazım olduğu kimi anlayar. Nəcasətli qəlblər isə ondan məhrum edilir və ondan uzaqlaşdırılır.”
Böyük alim İbn Qeyyim | İlamul Muvaqqiin, 1/226