Duha namazı
- 1068
Allah Elçisi ﷺ belə buyurmuşdur:
Bilin ki, əməllərinizin ən xeyirlisi namazdır.
Bax: Silsilə Sahihə, 115.
Başqa bir hədisdə ﷺ belə buyurmuşdur:
Beş vaxt namaz günahları, suyun kiri apardığı kimi silib aparır.
Bax: Sahihul Cəmi, 1668
O, ﷺ həmçinin belə buyurmuşdur:
Həqiqətən, Allahın hər namaz vaxtında belə səslənən mələyi vardır:
Ey Adəm oğulları! Qaladığınız odları söndürmək üçün namaza qalxın.
Bax: Səhih Tərğib, 358.
Odlar, yəni günahlar
[ Beş vaxt namazın günahları təmizləməsi və insan həyatında namazın vacibliyi ]
Peyğəmbərimiz Muhəmməd (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:
"Yandırılırsınız, yandırılırsınız (günahlarla dolursunuz), sonra sübh namazını qıldığınızda o günahlar yuyulur. Sonra yenə yandırılırsınız, yandırılırsınız, zöhr namazını qıldığınızda yuyulur. Daha sonra yenə yandırılırsınız, yandırılırsınız, əsr namazını qıldığınızda yuyulur. Sonra yenə yandırılırsınız, yandırılırsınız, məğrib namazını qıldığınızda yuyulur. Daha sonra yenə yandırılırsınız, yandırılırsınız, işa namazını qıldığınızda yuyulur. Daha sonra yatırsınız və oyaq olduğunuz vaxta qədər sizə (yeni günahlar) yazılmaz."
Bax; Səhih Tərğib və Tərhib, 357
Elm əhli buyurur ki:
Hədisdə beş vaxt namazın fəziləti və onları vaxtında qılmağa təşviq açıq şəkildə ifadə olunur. Burada həmçinin Allahın qullarına olan mərhəməti vurğulanır; çünki Allah yaxşı əməllər vasitəsilə onların günahlarını bağışlayır.
Ona ﷺ sıxıntı üz verəndə namaz qılardı.
Huzeyfə (Allah ondan razı olsun) belə demişdir:
Rasulullah ﷺ önəmli bir sıxıntı ilə qarşılaşdığında namaz qılardı.
Bax: Sahihul Cami, 4703
Allahım, bizləri və zürriyətimizi namazı qılanlardan et.