Qoldan sonra səcdə etməyin hökmü

Qoldan sonra səcdə etməyin hökmü


Sual:

Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin. Bəzi futbolçuların qələbə əldə etdiklərinə görə şükür səcdəsi etməkləri şəriətə müvafiqdirmi ?

Şeyx Fovzan:

Cavab : Məgər bu nemətdirmi ? Şükür səcdəsi yalnız nemət veriləndə və ya bəla qalxanda olur. Futbola isə ən yaxşı halda "mübahdır (icazəlidir)" demək olar. Bu nemət deyil. Bəli. Buna görə şükür səcdəsi etmək icazəli deyil. Bəli.

Sual verən:

Allah sizi qorusun, sonra bəziləri iddia edirlər ki, bu da, Allaha dəvətdən bir növdür.

Şeyx Fovzan:

Xeyr, Allaha dəvət yalnız Quran və Sünnənin vacib etdiyi şeylərlə olur. Allaha dəvət hər şeylə olmur. Bəli.

Sual verən:

Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin..

Şeyx davam edir:

Hər şeyi Allaha dəvətdən hesab edirlər. Xeyr. Dəvət:

İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. (Nəhl, 125)

Dəvət yalnız Quran və Sünnədə gələn şeylərlə olur. Dəvətdə Allah və Onun rəsulunun şəriət etmədiyi heç bir yeniliyi ortaya çıxarmaq olmaz. Bəli.