Müsəlman kimi yaşa!

Müsəlman kimi yaşa!


Fəzilətli Şeyx Albani  (Allah ona rəhmət etsin!) demişdir:

    “… Bunun qeyri-müsəlmanın başına gəlməsi qəribə deyil. Çünki qeyri-müsəlman bu dünya həyatında yalnız ləzzətlər içində yaşamaq istəyir. Necə ki izzət və cəlal (əzəmət) Sahibi Allah Öz kitabında onları hayvanlar kimi yaşamaqları ilə vəsf edir.     

*Müsəlman isə belə deyil: o, bu həyat üçün yaşamır, o ancaq digər həyat üçün yaşayır. O həyat əbədidir. Müsəlman orada ya umulduğu kimi Nəim Cənnətlərində xoşbəxt şəkildə yaşayacaq ya da - Allah göstərməsin - Allahın Muhəmmədi (Sallallahu aleyhi və səlləm) onunla göndərdiyi şəriəti ilə hidayət olmaqdan üz döndərənlər olaraq həlak olmuş və bədbəxt şəkildə Odda (Cəhənnəmdə) və şiddətli istidə yaşayacaq. 

Necə ki izzət və cəlal Sahibi Allah mənaca belə buyurur:  

“Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və Qiyamət günü onu kor olaraq həşr edəcəyik. 

Kor olaraq həşr olunan kəs belə deyəcək:

 ‘Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən dünyada ikən görürdüm.’ Allah deyəcək: 

“Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən də bu gün eyni şəkildə unudulursan.”

 (Ta Ha surəsi, 124-126-cı ayələrin mənaca tərcüməsi)”

 Səsyazmadan