Küfr ölkələrində yaşamağın hökmü | Şeyx ibn Useymin
- 564
Cümə gününün fəziləti
Cümə günü İslam ümməti üçün Allahın bir bəxşişidir. Bu gün, saleh əməllərlə rəqabət aparmaq üçün geniş bir meydandır. Necə ki, Allah Təala bəndələri arasından istədiklərini – peyğəmbərləri, elçiləri və saleh bəndələri – seçmişdir, eləcə də günlər arasından bir günü seçmiş, onu Kitabında (Quranda) zikr etmiş və onun adını daşıyan bir surə nazil etmişdir. Həftənin digər günləri arasında onun bənzəri yoxdur; o, ən şərəfli və ən üstün gündür. Peyğəmbər (sallallahu əleyhi və səlləm) bu gün haqqında belə buyurmuşdur:
“Günəşin doğduğu ən xeyirli gün cümə günüdür”
(Muslim rəvayət etmişdir).
Bu günün bir çox fəzilətləri vardır:
1. Cümə namazı – ən fəzilətli namazlardan biridir:
Allah Təala buyurur:
“Ey iman gətirənlər! Cümə günü namaz üçün azan verildiyi zaman, dərhal Allahın zikrinə tələsin və alış-verişi buraxın. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.”
(Cümə surəsi, 9-cu ayənin mənaca tərcüməsi)
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu demişdir:
“Beş vaxt namaz, bir cümədən növbəti cüməyə qədər olan vaxt arası – böyük günahlar edilmədikcə – aralarındakı (kiçik) günahlar üçün kəffarədir.” (Muslim, 223)
2. Cümə günü səhər (sübh) namazını camaatla qılmaq – həftənin ən fəzilətli namazıdır:
İbn Ömər (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:
“Allah qatında ən fəzilətli namaz, cümə günü camaatla qılınan sübh namazıdır.”
“Sahihul-Cami” 1119
3. Cümə günü sübh namazında xüsusi surələrin oxunması sünnədir:
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) cümə günü sübh namazında birinci rəkətdə “Əlifs-Lam-Mim Tənzîl” (Səcdə surəsi), ikinci rəkətdə isə “Həl ətə ələ-l-insân” (İnsan surəsi) oxuyardı.
(Buxari 851, Muslim 880)
Hafiz İbn Həcər (Allah ona rəhm etsin) demişdir:
“Bu iki surənin oxunmasındakı hikmət, onların içində Adəmin yaradılışı və Qiyamət günü ilə bağlı xəbərlərin olmasıdır. Çünki bu hadisələr cümə günü baş vermiş və yenə cümə günü baş verəcək.”
4. Cümə günü və ya cümə gecəsi ölən müsəlman qəbir fitnəsindən qorunar:
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur:
“Cümə günü və ya cümə gecəsi ölən heç bir müsəlman yoxdur ki, Allah onu qəbir əzabından qorumasın.”
(Tirmizi 1074, səhih: Şeyx Albani “Əhkəmul-Cənaiz” s. 49-50)