Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Zeyd ibn Səbit (Allah ondan razı olsun) belə dedi:
Biz Peyğəmbərlə ﷺ birlikdə səhur etdik. Sonra namaz qılmaq üçün qalxdıq.
Ənəs ibn Məlik (Allah ondan razı olsun) deyir ki, mən Zeyddən (Allah ondan razı olsun) soruşdum:
Səhur yeməyi ilə iqamə arasında olan vaxt nə qədər idi?
O dedi:
Əlli ayə miqdarında vaxt vardır.
Buxari, 1921 ; Muslim, 1097
Şərh:
Birinci: Əvvəlki hədis barəsində dediyimiz kimi bu hədis də oruclunu səhur yeməyini fəcr namazı yaxınlaşana qədər gecikdirməyə təşviq edir.
İkinci: Əlli ayə miqdarı Quranı aramla oxuyana aiddir.
Allah Rəsulunun ﷺ qiraəti də aramla idi. Əbu Davudun Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə ondan Allah Rəsulunun qiraətinin necəliyi barədə soruşduqlarında Ummu Sələmə belə dedi: O, ﷺ aramla oxuyardı. Sonra oxudu:
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
Həmd olsun aləmlərin Rəbbi Allaha,
Sonra ara verərdi və beləcə davam edərdi.
Bu, əlli ayəni bir nəfəsə bir neçə dəqiqə ərzində oxuya bilənlərin qiraətinə rəvac verməz. Bu bir nəfəsə oxunuş şeirə aiddir. Bu, Allahın öz peyğəmbərinə əmr elədiyi oxunuş tərzi deyildir. Peyğəmbər ﷺ bütün müsəlman kişi və qadınlar üçün gözəl bir nümunədir. Uca Allah buyurur:
لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab, 21)
Peyğəmbərimizin qiraəti aramla idi, bir nəfəsə deyildi. Eşitmiş olarsınız bəziləri maşallah (şeyx kinayə ilə deyir) Fatihə surəsini başdan axıra qədər bir nəfəsə oxuyur, bəziləri də on ayəni bir nəfəsə oxuyur. Bu cür bir nəfəsə oxunuş şeirə aiddir. Bu, Quran tilavətində tərifləyən deyil, əksinə, qınanılandır.
Bu hədisdə gözəl isnad var. O da səhabənin səhabədən rəvayətidir. Ənəs İbn Malik (Allah ondan razı olsun) Zeyd İbn Sabitdən (Allah ondan razı olsun) rəvayət edir.
Bu, həmçinin elm tələbəsinin ədəbinə dəlildir ki, əgər böyük varsa, ona yönəlmək lazımdır.