İbn Hibban kimdir və Rovdatul Uqalə

İbn Hibban kimdir və Rovdatul Uqalə

Əbu Hatim əl-Busti 

Məhəmməd ibn Hibban ibn Əhməd ibn Hibban ibn Muaz ibn Məbəd ət-Təmimi, Əbu Hatim əl-Busti, həmçinin İbn Hibban adı ilə tanınır.

• O, təxminən 270 (884) ci ildə Sicistan vilayətindəki Bəst şəhərində doğulub və müxtəlif bölgələrdə səyahət edib. Xorasan, Şam, Misir, İraq və Cəzirə ərazilərinə səfər edib. Bir müddət Səmərqənddə qazılıq vəzifəsində çalışıb, sonra Nişapura qayıdıb, oradan isə doğma şəhərinə dönərək səksən yaşını keçmiş bir vaxtda vəfat edib.

• Əbu Hatim çoxlu sayda əsər yazmış alimlərdən biri idi. Yaqut deyib: “O, hədis elmlərindən başqalarının aciz qaldığı qədərini ortaya qoymuşdur və Xorasan bölgəsində onun əsərlərinə səyahət edilirdi.”

 

Müəllimləri:

 

Hüseyn İbn İdris Həravi

 

Əbu ƏbdurRahmən Nəsai

 

Əbu Bəkr İbn Xuzeymə

 

Tələbələri:

 

Əbu Abdullah Həkim

 

Mənsur Xalidi

 

Kitabları:

 

Təfsir kitabı

 

Cərh və Təadil

 

Siqat

 

İləl Hədis

 

Rovdatul Uqalə

 

İmam Əbu Hatim ibn Hibban - Allah ona rəhmət etsin - 354 (965) cü hicri ilin Şəvval ayında, səksənin üzərində olduğu bir yaşda vəfat etmişdir.

 

«Rovdatul Uqalə» kitabından seçmələr

 

Böyük alim İbn Hibban belə demişdir:

Həsədçidən salamat qalmağın ən yaxşı yolu ondan uzaq olmaqdır.

səh, 135

 

Gözəl zəndə olmaq

Gözəl zənn etmək imanın bir şöbəsi olduğu kimi casusluq (birini güdmək) etmək də nifaqın bir şöbəsidir. Ağıllı insan qardaşları haqqında gözəl zənn edər, cahil isə onlar haqqında pis zənn edər.

Səh, 118

 

Sələflərin əxlaqı 

Bir nəfər İmam Vakini (rahiməhullah) söydü (təhqir etdi). O isə ona cavab vermədi. Ona deyildi: “Ona (söyən insana) qarşılıq verməyəcəksənmi?”

O dedi: “Elə isə biz bu elmi nə üçün öyrənmişik?”

Səh, 166

 

İmam Sufyan Sovridən (rahiməhullah) soruşuldu:

 

Yaşamağın ruhu (qidası) nədir?

 

O dedi: Qardaşlarla görüşmək

 

Səh, 98

 

Şueyb İbn Hərb (rahiməhullah) belə demişdir:

 

Şobə ibn Həccac mənə belə dedi:

 

Ağıllarımız azdır (zəifdir). Əgər ağlı bizdən az (zəif) olan kəslərlə oturub dursaq həmin az da gedəcək.

 

Səh, 24

 

Əbu Qiləbə rahiməhullah belə demişdir:

 

Sənə qardaşın haqqında xoşlamadığın bir şey gəlib çatarsa, ona üzr axtar. Əgər ona üzr tapa bilməsən, de ki: ola bilsin ki, onun mənim bilmədiyim üzrü var.

Səh, 184

 

Həsədçinin (paxılın) qardaşından nemətin getdiyini görmədikcə nə ruhu sakitlik tapar, nə də bədəni istirahət edər.

Səh, 133

 

Qardaşını nə vaxt tanıyırsan?

Qardaşlar ehtiyac anında bilinir. Çünki, bütün insanlar rahatlıq anında dost olurlar.

Ən şərli qardaşlar isə sıxıntı və ehtiyac anında qardaşlarını qoyub qaçanlardır.

Səh, 221

 

BUNA DİQQƏT ET!

 

“Əgər ağılın valideynləri olsaydı, biri səbr, digəri isə dəqiqləşdirmək olardı”.

Səh, 42

 

Ömər İbn Xattab (Allah ondan razı olsun) belə demişdir:

 

Tövbə edənlərlə oturub-durun, çünki onlar qəlbləri ən yumşaq olan kimsələrdir.

Səh, 33

 

- QIRX YAŞ –

 

Muhəmməd İbn Əli rahiməhullah belə demişdir:

 

İnsan qırx yaşına çatdıqda carçı səmadan onu çağıraraq belə deyər:

 

Səfər yaxınlaşdı, azuqə hazırla!

Səh, 52

 

İmam Fudeyl İbn İyad rahiməhullah belə demişdir:

 

Kim eyibsiz qardaş axtararsa, qardaşsız qalar.

Səh, 169

 

Həsəd rəzillərin əxlaqından, onu tərk etmək isə möhtərəmlərin əməllərindəndir. Hər bir alov sönər, həsədin alovu isə sönməz.

Səh, 144

 

Aqil insana öz eyibləri gizli qalmaz. Çünki kimə öz eyibləri gizli qalarsa, ona başqasının yaxşılıqları da gizli qalar.

Səh, 40

 

Əbu Dərda (Allah ondan razı olsun) həyat yoldaşı Ummu Dərdaya belə deyir:

 

Mən qəzəbləndiyimdə sən məni razı sal, sən qəzəbləndiyində mən səni razı salacam. Əgər belə olmasaq, çox tez ayrılarıq.

 

📚Rovdatul Uqalə səh.106

 

[ Təbəssüm edin ]

 

Həbib ibn Əbi Səbit (Allah ona rəhm etsin) belə demişdir:

 

İnsanın yoldaşı ilə danışarkən təbəssüm etməsi, onun gözəl əxlaqındandır.

 

📚 Rovdatul Uqalə, səh. 77